Litva yığmasının üzvü “Rəvan”da
İlk "altılıq” şansları qalsa da, daha çox növbəti mövsümün kollektivini qurmaq istəyən "Rəvan"ın düşərgəsində 2 futbolçu baxışdan keçir. Bunlardan birinin yaponiyalı müdafiəçi Naoya Şibamura olduğunu xəbər vermişdik. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Özbəkistan "Buxara”sından gələn asiyalı arxa xətt oyunçusu hələ ki özü barəfə müsbət fikir formalaşdıra bilib. Düşərgədə baxışdan keçirilən digər futbolçu isə Litva millisinin üzvüdür. Fevralın 28-də 29 yaşını qeyd edəcək Mindauqas Kalonas "Jalgiris”in yetirməsidir. Gənc yaşlarında Moskva "Dinamo”su, "Saturn” və "Rubin”in əvəzedicilərdən ibarət komandalarında çıxış etmiş litvalı yarımmüdafiəçi özünü Latviyanın "Metallurq” klubunda ən yaxşı tərəfdən göstərib. Belə ki, Liepayada təmsilçisinin heyətində çempionatda keçirdiyi 55 oyuna 15 qol vurmağı bacarıb. Üstəlik, 2005-ci ildə Latviya çempionu, 2006-cı ildə isə Latviya kubokunun qalibi olub. Onun dövründə "Metallurq” ən pis halda çempionatda 2-ci olub. Uğursuz "Kuban” macərasından sonra xavbek Latviyanın "Riqa”, İrlandiyanın "Bohemians” komandalarında da top qovub. Sonuncuların heyətində 2008-ci ildə həm ölkə çempionu olub, həm də kuboku qazanıb. Kalonas İrlandiya kubokunun finalında oynamış ilk litvalı kimi də tarixə düşüb. 2009-12-ci illər ərzində Ukrayna premyer liqasında çıxış edən Zaporojye "Metallurq”unun şərəfini qorumuş futbolçunun son "dayanacağı” Polşanın I divizion təmsilçisi "OKS Stomil” olub. Mindauqas Litva millisinin heyətində 35 matçda forma geyib və 2 dəfə fərqlənib. Maraqlıdır ki, o, qollarının hər ikisini DÇ-2010-un seçmə turnirində vurub. 177 sm boya, 72 kq çəkiyə malik Kalonas Rumıniya və Serbiya komandalarını məyus edib. Qeyd edək ki, həm Şibamura, həm də Kalonas ilə bağlı yekun qərar yaxın 2-3 günə veriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
24.09.2019
05.08.2019
24.12.2014
12.01.2013
11.01.2013
10.01.2013
09.01.2013
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |