Ebue etdiyi hərəkətə görə peşmandı

01.03.2013 | 4579 dəfə oxunub

"Qalatasaray"ın üzvü Emanuel Ebue "Orduspor"la oyunda əvəzlənərkən köməkçi məşqçi Hasan Şaşa qarşı etdiyi hərəkətdən ötrü bütün camiadan üzür istəyib. Stadium.az xəbər verir ki, afrikalı futbolçu həmçinin hesabda 2 top geridə olmalarına baxmayaraq, bir-birlərinə inandıqlarını qeyd edib. "Sarı-qırmızılı" klubun rəsmi televiziyası olan GSTV-yə özəl açıqlamalar verən Eboue belə deyib: "Əvəzlənərkən üzərimdə bir qədər gərginlik var idi. Amma bu gərginliik özümlə bağlıdır. Meydanı tərk edərkən özümü tənqid edirdim. Çünki meydanda olduğum müddətdə daha yaxşı oynayıb, komandama fayda verə bilərdim. Lakin bunu bacarmadığım üçün əsəbi idim. Başqasına deyil, özümə əsəbləşmişdim. Düzdür, zədəmi yenicə bərpa etmişəm. amma yenə də zəif çıxış etməməliydim. Meydanı tərk edərkən köməkçi məşqçimiz Hasan Şaşa qarşı bir hərəkət etdim. Sus işarəsi etdim, amma çox keçmədən bu hərəkətimə görə peşman oldum. Evə gəldikdən sonra bütün gecə yalnız bu haqda düşündüm. Yalnız bu haqda fikirləşdiyim üçün gecəni yata da bilmədim. Bu səbəbdən də həm komanda yoldaşlarımdan, həm də Hasan Şaşdan üzr istədim. Burada hərkəs məni çox sevir, mən də hər kəsi. Çünki "Qalatasaray"da inanılmaz bir dostluq mühiti var. Hamımız bir ailə kimiyik. Karyeramda ilk dəfə olaraq, belə bir hal yaşandı. Təbii ki, bu həm də sonuncudur. Söz verirəm, bir daha belə səhvə yol verməyəcəyəm. Məşqçilərimizdən, azarkeşlərimizdən üzr istəyirəm. Onlar məni tanıyırlar, belə bir hərəkəti qəsdən etmədiyimi də anlayarlar. Çox peşmanam. Məşqçilərimə üzrümü qəbul edib, məni bağışladıqları üçün də minnətdaram. "Orduspor" oyununda yaşananlar çox xoşdu. İnanılmazı bacardıq. Komanda olaraq birləşib, son ana qədər vuruşub, layiq olduğumuz nəticəni qazandıq. İlk yarıdan sonra 0-2 uduzurduq, buna baxmayaraq, ruhdan düşmədik. Fasilədən sonra yaxşı oynadıq, matçdan qopmadıq. Özümüzə inandıq, bir-birimizdə dəstək olduq, mübarizə apardıq və bunun da mükafatı qələbə idi". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail