"Qəbələ"nin zədəli futbolçusu sıraya dönür

06.08.2013 | 4974 dəfə oxunub

Yeni mövsümə hazırlıq məqsədilə Türkiyənin Sparta bölgəsində təşkil edilmiş təlim-məşq prosesində, daha dəqiq “Antalyaspor”-“Qəbələ” matçında zədələnən Nuran Qurbanov artıq yüngül məşqlərə başlayıb. Stadium.az xəbər verir ki, bazar günü ayağındakı sarğı açılan gənc futbolçu hazırda bərpa prosesi keçir. Bu barədə gabalafc.az-a komandanın həkimi Rahim Məhərrəmov məlumat verib. Onun sözlərinə görə Nuran bir həftədən sonra komanda ilə məşqlərə qatıla biləcək: “Bazar günü Nuranın sarğısını açdıq. Hazırda futbolçu reabilitasiya dövrünü keçir. Yüngül məşqlər edir. Hələ ki, yalnız trenajor zalında çalışır. Böyük ehtimalla Nuran bir həftə sonra komanda ilə məşqlərə çıxa biləcək”.

Rahim Məhərrəmov komandada başqa zədəli futbolçunun olmadığını da sözlərinə əlavə edib.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail