Əskər Abdullayev futbolçulardan rüşvət alır

08.08.2014 | 7574 dəfə oxunub

"Araz Naxçıvan" klubunun baş məşqçisi Əskər Abdullayev barədə maraqlı xəbər əldə etmişik. Stadium.az xəbər verir ki, sən demə, Abdullayev komandaya gətirdiyi futbolçulardan pul alırmış. Premyer Liqaya yüksələn Naxçıvan klubu oyunçularına ancaq aylıq maaş verir ki, bu məbləğ də aylıq olaraq 4 min manatı keçmir. Yəni ən çox qazanan maksimum 4 min manat alır. Abdullayev isə komandaya gətirdiyi hər oyunçudan ilk ayının maaşın tələb edir. Buna razı olan heyətə götürülür.

Maraqlıdır ki, indi "Araz Naxçıvan"a cəlb olunan bütün oyunçular digər Premyer Liqa klublarının heç birinə lazım olmayanlardır. Bu halda belə futbolçular kənarda qalmaqdansa, ilk aylarının maaşından keçərək Naxçıvan klubunda oynamağa razılıq verirlər.

Əskər Abdullayev hələ "Olimpik Şüvəlan"ı (İndiki AZAL-ı) çalışdıran zaman da barəsində eyni ittihamlar səslənirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail