Rövnəq Abdullayev "Bakı"nın taleyinə aydınlıq gətirdi

14.07.2015 | 18146 dəfə oxunub

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Neftçi İdman Klubu”nun I Avropa Oyunlarında mükafat qazanan təmsilçiləri ilə görüşüb. Stadium.az xəbər verir ki, AFFA prezidenti görüşdən sonra jurnalistlərin suallarını 
cavablandırıb:

"Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində pis oyun sərgiləmədi. Gənc, 20-21 yaşlı futbolçular heç bir gərginlik keçirmədən yaxşı oyun nümayiş etdirirdilər. Bu isə o deməkdi ki, pis nəticə deyil və hər şey yaxşı olacaq.

Mənim şəxsi fikrimdi ki, yerli məşqçilər klublara gətirilən xarici mütəxəssislərdən daha yaxşı nəticə göstəriblər. Bu sözümlə klubların işinə qarışmaq istəmirəm, amma mənim fikrim belədi. Mənə elə gəlir ki, Samir Əliyev hələ cavandı, iddialıdır və klubda qalsa, yaxşı olacaq.

Çempionatın əsasnaməsi var və buna uyğun olaraq, mövsümü sonuncu pillədə bitirən klub I diviziona düşməlidi. "Bakı” klubu da I divizionda oynayacaq. Normal oyun göstərsə, yenidən Premyer Liqaya qayıda bilər.

Heç kim çempionatdan çıxmayacaq. "İnter” hələlik Avrokuboklarda yaxşı nəticə göstərir. Paytaxt klubu artıq II təsnifat mərhələsinə hazırlaşır. Bu klub Premyer Liqada çıxışını davam etdirəcək. 

Biz yeni dövlət proqramı hazırlayırıq. Burada çox böyük məqsədlər qoyulub. Məqsədimiz 2020-ci ilə Azərbaycan yığmasını hazırlamaqdı. Yığmamızın Avropa çempionatının final mərhələsində iştirak etməsini, qrup mərhələsinə çıxmasını düşünürük. Bunun üçün də proqram şəklində həyata keçirəcəyik. Proqramda əsas məsələ pul deyil, klubların düzgün idarə olunması, ictimailəşməsidi. Bir çox klubların strukturları dəyişdirilir, ictimai təşkilata çevrilir. Bir neçə klubdan başqa, digərləri ictimailəşəcək. İctimai klub olanda azarkeş də, dəstək də - hamısı çox olur. Bir şirkətin dəstəyi ilə olan klubla bölgənin ictimai klubunun dəstəyi daha böyük ola bilər. Biz də işlərimizi o səviyyədə davam etdirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail