"Neftçi" fanatları "Qarabağ"ın çempionluq kubokunu "Bakcell Arena"da almasına ETİRAZ EDİR

07.05.2019 | 5226 dəfə oxunub

Azərbaycan Premyer Liqanın son turu çərçivəsində baş tutacaq “Neftçi” - “Qarabağ” matçı “Bakcell Arena”da keçirilməyə bilər.

Stadium.Az xəbər verir ki, bu barədə məlumatı sport24.az-a açıqlamasında “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev verib.

“Qarabağ”ın qızıl medal və çempionluq kubokunu əzəli rəqibinin stadionunda alması “Neftçi” fanatlarının ürəyincə deyil. Onların sosial şəbəkələrdəki etirazları dediklərimizin bariz nümunəsidir. Allahverdiyev hazırda stadionla bağlı müzakirələrin getdiyini bildirdi: “İndi qəti bir söz deyə bilmirəm. Çünki rəsmi qərar qəbul edilməyib. Hazırda klubumuz bu məsələylə bağlı AFFA və PFL-lə müzakirələr aparır. Həmin müzakirələrin yekununda son matçımızın hansı stadionda baş tutacağına dair futbol ictimaiyyətinə açıqlama veriləcək. Hələ ki, müzakirələr getdiyindən, PFL-ə rəsmi müraciət etməmişik”.

“Neftçi” mövsümün əvvəlində ev oyunlarını keçirmək üçün PFL-ə 2 stadionu sifariş edib. “Ağ-qaralar” “Bakcell Arena” ilə yanaşı, “Dalğa Arena”nı da sifariş edib. Başqa sözlə, müzakirələrə əsasən oyun “Bakcell Arena”da baş tutmasa, “Neftçi” - “Qarabağ” matçı və bundan sonra təltifetmə mərasimi “Dalğa Arena”da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail