Dmitri Nazarov: "Penalti vuranda həmişə öz fikrim var və heç vaxt qərarımı dəyişmirəm"

27.11.2019 | 5159 dəfə oxunub

Millimizin və “Erzgebirge”nin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya klubundakı penalti rekordu barədə danışıb. Stadium.Az xəbər verir ki, 29 yaşlı futbolçu “Tag24”ə açıqlamasında 11 metrlik cərimə zərbələrində dəqiqliyinin sirrlərini bölüşüb:

“Qapıçının nə etdiyinə diqqət edirəm. Ancaq həmişə öz fikrim var və heç vaxt qərarımı dəyişmirəm. Əgər zərbə vurmaq anında fikrinizi dəyişsəniz, böyük ehtimalla qol olmayacaq. Hədəfini seçib, zərbəni inamla vurmalısan”.

Nazarov 2016-cı ildə “Bavariya” ilə yoxlama oyununda Manuel Noyerin qapısına vurduğu penaltidən də danışıb: “Bavariya” ilə oyun 1:1 hesabı ilə başa çatmışdı. Matçın sonuna yaxın penalti vurmaq hüququ qazandıq. Məşqçimiz mənə dedi ki, penaltini dəqiq yerinə yetirsən, bundan sonra 11 metrlik cərimə zərbələrini həmişə sən vuracaqsan. İndi hər dəfə öz-özümə deyirəm ki, sən Noyerə qol vurdun, hansı ki, dünyada ondan yaxşı qapıçı yoxdur".

2016-cı ildən Aue təmsilçisində çıxış edən Nazarov 13 penaltidən 12-ni dəqiq yerinə yetirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail