Millimizin müdafiəçi: "Test verdik və nəticəsi müsbət oldu"

20.11.2020 | 2106 dəfə oxunub

"Hazırda özümü yaxşı hiss edirəm. Xorvatiyada oteldəyəm. Gündən-günə daha da yaxşılaşıram". Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın və Azərbaycan millisinin koronavirusa yoluxan futbolçusu Rahil Məmmədov deyib.

24 yaşlı müdafiəçi testin nəticəsindən əvvəl xəstəliyin simtomplarını hiss etdiyini bildirib: "İlk olaraq, temperaturum yüksəlib. Ara-sıra halsızlıq hiss edirdim. Test verdik və nəticəsi müsbət oldu. Hələlik növbəti testin nə vaxt olacağı ilə bağlı məlumat verilməyib. Bakıya qayıdacağımız vaxtı da bilmirik, gözləyirik. Təhlükəsizliyə görə otaqdan çıxmağa icazə yoxdur, məşq etmək də mümkün deyil. Testin cavabı mənfi olduqdan sonra Bakıya qayıda bilərik".

Məmmədov hər kəsin koronavirusa inanmalı olduğunu vurğulayıb: "Mənim tanıdıqlarım, yaxınlarım, hər kəs bilir ki, ehtiyatlı olmaq lazımdır. Mənə elə gəlir ki, kiminsə koronavirusa inanmaması mifdir. Bu fikir düşüb internetə, hamı da sual verir ki, koronavirusa inanırsınız? Mən indiyə kimi görməmişəm ki, kimsə "koronavirus boş şeydir" desin. Əvvəl inanmayanlar da inanmağa başlayıb. Hamı bu xəstəlikdən özünü qorumalı və bütün qaydalara riayət etməlidir. Hər şeydən önəmli insanların sağlamlığıdır".

Müdafiəçi koronavirusla adi qrip arasında fərqi hiss etmədiyini söyləyib: "Qripdən necə temperatur qalxır və insan halsız olursa, bu xəstəlikdə də elədir. Arada isə yüngül başağrım olurdu. O ağrı da çox çəkmədi".

Uzunmüddətli zədədən sonra sıraya qayıdan və ardınca koronavirusa görə oynaya bilməyən Məmmədov formasını yenidən bərpa etmək üçün çalışacağını deyib: "Zədələr və belə hallar həyatın, futbolun bir hissəsidir. Heç bir şeydən şikayətim yoxdur. Müalicəmi yekunlaşdırdıqdan sonra yenidən formama qayıdacağam".

Rahil Məmmədov və Təmkin Xəlilzadənin koronavirus testi noyabrın 16-da müsbət nəticə verib. Həmin vaxt onlar Azərbaycan millisinin düşərgəsində olublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

22.07.2021

19.07.2021

13:00  "Sumqayıt" Serbiyaya getdi FOTOLAR

17.07.2021

09:35  "Neftçi"dən yeni tŕansfer - Rəsmi

15.07.2021

14.07.2021

23:42  "Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail