Samir Abbasov: "Xahiş edirəm, günah onu qapıya qoyandadır"

03.02.2021 | 1529 dəfə oxunub

“Uduzandan sonra nəsə demək çətindir. Çox yaxşı oyun keçdi. Matçın üstündə çox dayanmayacağam".

Stadium.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə” ilə keçirilən oyundan (0:1) sonra deyib.

43 yaşlı mütəxəssis qapıçı Səlahət Ağayevin kobud səhvi nəticəsində buraxdıqları qolu belə şərh edib: "Bizim həddindən artıq azarkeşlərimiz var. Onlara müraciət edirəm ki, Səlahət Ağayevin üstünə çox düşməsinlər. Xahiş edirəm, günah onu qapıya qoyandadır. Öz komandamıza görə onun üstünə düşməyək. Təcrübəsi var, onun da səhv etməsi normaldır. Azarkeşlərdən xahiş edirəm ki, yazılarımıza diqqət edək. Bizim azarkeş qruplarımız böyükdür. Qapıçının üstünə düşməyək. Onda günah yoxdur. Bundan sonra komandamıza çətin olacaq. "Zirə" müdafiəyə meyil etdi. Amma nəticəni dəyişə bilmədik. Monroz və Lavalla bağlı problem var. Hücumçu da ala bilməmişik".

Abasovun sözlərinə görə, rəqib bu gün Sabir Buqrinin oyununu uğurla bağlayıb: "Necə edə bilərik? İkinci Buqrinimiz yoxdur. Yenə şans 50 faizdir. Özümüzə inanırıq. Riçard Almeyda ayağını tutanda futbolçulara dedim ki, topu kənara çıxarın. Ona görə mübahisə yarandı. Görüşdə çox qol epizodları yaratmadıq. Topun biri dirəkdən qayıtdı. Həqiqətən yaxşı oynadıq. Məncə, heç-heçə ədalətli olardı”.

Baş məşqçi görüşdə zədələnənən kapitan Emin Mahmudovun durumu haqda da danışıb: “Emin əvvəl müdafiəyə yaxın oynayırdı, indi isə hücuma meyil etməsini istəyirik. Dodağı partladı, tikiş atılıb. Görüşün ikinci hissəsində daha dinamik oynadıq. Çempionatda ikinci pilləyə düşməyimiz bizdə inamsızlıq yaratmır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.07.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.07.2021

20:10  "Aşdod" - "Qarabağ" - HEYƏTLƏR

19:05  "Sumqayıt" - "Çukariçi" - HEYƏTLƏR

19:01  "Keşlə" - "Soçi" - HEYƏTLƏR

11:10  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

28.07.2021

20:01  "Neftçi" - "Olimpiakos" - HEYƏTLƏR

27.07.2021

12:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.07.2021

25.07.2021

24.07.2021

22.07.2021

19.07.2021

13:00  "Sumqayıt" Serbiyaya getdi FOTOLAR

17.07.2021

09:35  "Neftçi"dən yeni tŕansfer - Rəsmi

15.07.2021

14.07.2021

23:42  "Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail