CAS Nurlan İbrahimovun işinə baxılması üçün heyət formalaşdırıb

20.03.2021 | 3955 dəfə oxunub

İdman Arbitraj Məhkəməsində (CAS) "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun işinə baxılması üçün heyət formalaşdırılıb.

Stadium.Az xəbər verir ki, bu barədə İbrahimovun özü məlumat verib.

Onun sözlərinə görə, heyətdə müxtəlif ölkələrin nümayəndələri var. İbrahimov işə baxılıb-baxılmayacağına dair qərarın 3 ay ərzində çıxarılacağını söyləyib.

Keçmiş klub rəsmisi işə baxılmaması üçün UEFA-nın CAS-a təzyiq göstərdiyini bildirib: "Gələn mesajlardan da başa düşürük ki, UEFA bu işə təzyiq edir. Qurum iddia edir ki, prosedur düzgün yerinə yetirilmədiyi üçün işə baxılmamalıdır. Əslində isə bunu etməməlidirlər. .

İbrahimovun sözlərinə görə, qitə futbol qurumuna müraciət edilsə də, şikayətə baxılmayıb: "Bizə hüquqi proseduru düzgün yerinə yetirmədiyimizi bildirdilər. Klubdan UEFA-ya məktub göndərdik ki, hər şeyi düzgün etmişik. Bizi başa düşdüklərini, amma şikayətimizi qəbul etmədiklərini söylədilər. Hüquqi prosedur belədir ki, UEFA-nın Apelyasiya Komitəsindən mənfi cavab aldıqdan sonra CAS-a müraciət edə bilərsən. Lakin UEFA şikayətimizi qəbul etməyib. CAS-a müraciət edəndə bunu əsas gətirdik ki, bizə apellyasiya hüququ vermirlər".

UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Nurlan İbrahimovla yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail