Qurban Qurbanov gileylənir

03.04.2021 | 3845 dəfə oxunub

"Milli komandaların oyunlarından sonra klublarda çətinlik olur. Ən çox əziyyəti isə, bəlkə də, biz çəkirik. Çünki "Qarabağ"ın daha çox oyunçusu yığmalarda çıxış edir".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra komandasındakı vəziyyəti şərh edərkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, onu ən çox narahat edən məqam millinin düşərgəsindən qayıdan futbolçuların fiziki və psixoloji yorğunluğudur: "Xüsusilə uğursuz nəticələr olanda oyunçular özlərini psixoloji cəhətdən yaxşı hiss etmirlər".

Qara Qarayev və Mahir Emrelinin yığmadan zədəli döndüyünü xatırladan baş məşqçi çempionatın hazırkı dönəmində bu vəziyyətin xoş olmadığını söyləyib: "Hər zaman istəmişəm ki, zədəli futbolçularımız olmasın. Əfsuslar olsun ki, bu dəfə də 2 futbolçumuz zədəli qayıtdı. Hazırkı məqamda bu, heç də xoş deyil. Çempionatın ən vacib dönəmidir. İndi oyunçu sayının çox olmasına ehtiyacımız var. 8 oyunumuz qalıb. Yenə də məşqçilərin işi çoxalır. Düşünürəm ki, öz işimizə daha çox vaxt sərf etməliyik".

Təcrübəli mütəxəssis iki aparıcı oyunçunun olmamasının komandaya məfi təsir edəcəyini deyib: "Hər ikisi yerli futbolçudur. İstər-istəməz limitə də təsir edəcək. Düzdür, son oyunlarda meydana, demək olar ki, 7-8 yerli futbolçu ilə çıxırdıq. Rotasiyalar etmək üçün sağlam, yaxşı oyunçuların sayının çoxluğu önəmlidir. Hər ikisi əsas heyət üzvüdür. Onların yoxluğu mütləq problem yaradacaq. Bu, bizi daha çox düşündürür. Ümid edirəm ki, qısa zamanda zədələrini sağaldıb yenidən sıraya dönər və komandaya xeyir verərlər".

Qurbanov bəzi futbolçularda hələ də yorğunluq olduğunu vurğulayıb: "Bu gün bütün komanda ilə ilk məşqimizi keçdik. Təbii ki, zədəlilər kollektivlə birlikdə deyil. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Bütün fikrimiz qarşıdakı oyundadır. Fasilədən əvvəl 4 oyunda eyni sayda qələbə qazanmışdıq. Komanda çox rahat oynayırdı, futbolçular idman formasını geri qaytarmışdı. Fasilədə isə 7-8 oyunçu ilə məşq edirdik. Yenə də optimal formamıza qayıtmalı olacağıq. Hər şey qarşıdakı oyunlarda bəlli olacaq. Buna baxmayaraq, təcrübəli komandayıq. Çalışmalıyıq ki, özümüzə bəhanə axtarmayaq və qarşıdakı matça yaxşı vəziyyətdə çıxa bilək".

"Keşlə" ilə Premyer Liqanın XXI tur matçına da toxunan baş məşqçi rəqibi yaxşı təhlil etdiyini bildirib: "Fasilədə vaxtım çox olduğu üçün rəqibin, demək olar ki, bütün oyunlarını analiz etmişəm. Sənan Qurbanovun gəlişindən sonra daha çox məğlubiyyət və heç-heçə qeydə alınsa da, "Keşlə" bütün matçlarda aqressiv, istəkli təsir bağışladı. Analiz zamanı həddindən artıq təhlükəli komanda gördüm. Bəlkə də, bir qələbə lazımdır ki, uğurlu çıxış etsinlər. Əksər görüşlərdə hesabda öndə olub, sona yaxın qol buraxıblar. Bu komandaya qarşı oynamaq heç vaxt asan olmayıb. Həmişə bu rəqibə ciddi yanaşmışıq. Üstəlik, süni örtüklü meydanda oynayacağıq. Asan olmayacaq".

Qeyd edək ki, aprelin 4-də keçiriləcək "Keşlə" - "Qarabağ" görüşü saat 18:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail