Danimarka - Finlandiya oyununda Eriksenin ürəyi dayandı

12.06.2021 | 2003 dəfə oxunub

Avro-2020-nin B qrupunun Danimarka - Finlandiya matçı təxirə salınıb. Stadium.Az xəbər verir ki, buna Danimarka millisinin futbolçusu Kristian Eriksenin 45-ci dəqiqədə huşunu itirməsi səbəb olub.

Meydana təcili həkimlər daxil olub və ona ürək masajı ediblər. 29 yaşlı hücumameyilli yarımmüdafiəçi xərəkdə meydançadan çıxarılıb, ancaq onun durumu barədə məlumat verilməyib.

Yığmaların oyunçuları da meydanı tərk ediblər. 

Danimarka Futbol Federasiyasından bildirilib ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi xəstəxanaya çatdırılıb və onun şüuru yerindədir. UEFA da Eriksenin durumunun sabitləşdiyini açıqlayıb.

Kristian Avro-2020-nin qrup mərhələsinin 1-ci turunda Finlandiya ilə matçın 45-ci dəqiqəsində huşunu itirib. Bu səbəbdən görüş təxirə salınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail