Tokio:2020: Taekvandoçularımız uduzdu

26.07.2021 | 4658 dəfə oxunub

Bu gün Azərbaycanın taekvando üzrə milli komandası Tokio-2020-də mübarizəyə başlayıb. Stadium.Az xəbər verir ki ilk olaraq 67 kq çəki dərəcəsində yarışan qadın idmançımız Fəridə Əzizova  döyüş meydanına çıxıb.

O, 1/8 finalda ABŞ təmsilçisi Peyc Makfersonla qarşılaşıb və 5:8 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb - 3:3.

Fəridə Əzizova Tokio-2020-də Azərbaycan milliisinin bayraqdarlarından biri olub.

***

Digər taekvonduçumuz Milad Beigi Hərçəqani də Tokio-2020-də mübarizəyə qoşulub. 80 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda Çin Taypeyini təmsil edən Liu Vey-Tinq üzərində 15:11 (0:0, 6:7, 9:4) hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. Bu mərhələdə o, Özbəkistan idmançısı Nikita Rafailoviçlə görüşəcək. Döyüşün Bakı vaxtı ilə saat 10.15-də başlanması nəzərdə tutulub.

Milad Beigi Hərçəqani bu dəfə qələbə qazana bilmədi. Ümumi hesbda 12:1 hesabıyla qələbə qazanan Özbəkistan idmançısı yarımfinala vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail