Samir Abbasov məğlubiyyət barədə danışdı

13.08.2021 | 4975 dəfə oxunub

“Burda Bakıdakından daha yaxşı oynayırdıq. Hücumlarımız daha yaxşı alınırdı. Bu komandaya qarşı çətinlik çəkdik. Məğlubiyyətə baxmayaraq, qarşıya baxmalıyıq. Gələcək oyunlara hazırlaşmalıyıq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü təsnifat mərhələsinin HİK-lə (Finlandiya) cavab oyunundan (0:3) sonra keçirilən mətbuat konfrnasında deyib.

- Müdafiəçilər bir neçə oyundur kobud səhvlər edir. Əgər yeni futbolçu alınmırsa, 5 müdafiəçi ilə oynaya bilməzdiniz?

- Kimsə zəmanət versəydi ki, 5 müdafiəçi ilə səhv etməyəcəyik, bunu edə bilərdik. Bu gün məğllubiyyəti sırf müdafiəçilərin üstünə atmaq düzgün deyil. Sistemi bəhanə gətirmək lazım deyil. Biz “Dinamo”nu da bu sistemlə məğlub etmişik. Əminəm ki, çatışmazlıqlar tezlikə aradan qalxacaq. Düzdür, rəqiblə aramızda uçurum var. Amma bununla belə, oyunumzda irəliləyiş görünür.

- Sanki B planınız yox idi.

- B planı 30 futbolçusu olan komandada olur. Rəqib konkret praqmatik futbol oynayırdı. Biz bunları bilirdik. Təhlükələrin hardan gələcəyini görürdük. Oyunçun olmalıdır ki, dəyişiklik edəsən. Bəli, buna görə də B planımız yox idi. Bəzi oyunçulardan çox narazı qaldım. İnanıram ki, onlar da başa düşəcək ki, bu səhvləri aradan qaldırmaq lazımdır. 3 gündən sonra çempionat başlayır. Çalışacağıq ki, əhvalımızı düzəldək.

- Heç vaxt futbolçularınıza bu qədər hirslənməmişdiniz. Deyə bilərsinizmi konkret hansı oyunçuların səhvləri çox idi?

- İnanın ki, bu gün 3-4 oyunçuya görə uduzmadıq. Sadəcə, biz komanda şəklində oynayan kollektivə qarşı çıxış edə bilmədik. Həddindən artıq çox qaçan komanda ilə onların tərzində oynamalısan. Biz bu məqamlarda axsayırdıq. Bizim borcumuz budur ki, uşaqlara bunu başa salaq.

- Mirabdulla Abbasovun problemi nədir ki, onu gah oynatmırsınız, gah da tez əvəzləyirsiniz?
 
- Hücum xəttindən doğrudan da problemlərimiz var. Qıraqdan baxıb deyirlər ki, bu niyə oynamır, bu niyə burda yox, orda oynayır. Futbolçunun oyunundan əvvəl heç kim onun necə çıxış edəcəyin deyə bilməz. Futbolçu həmin mövqedə yaxşı oynasa, təriflər gələcək. Əgər Ömər Buludovun yerinə hücumçunu oynadırıqsa, deməli, bu futbolçuda nəsə problem var. Biz bilirik ki, hansı oyunçu hansı oyunda baş çıxara bilər. Heç kimlə düşmənliyimiz yoxdur. Kim oyuna hazır olursa, o da oynayır. Dünənə kimi başımda bir heyət var idi, məşqə çıxandan sonra başqa heyət oldu. Bu gün mən azarkeşlərlə, jurnalistlərlə heyətlə bağlı müzakirələr apara bilmərəm.

- Meza Kolli meydanda daha çox gəzir. Amma sizin sisteminiz elədir ki, daima rəqibə qarşı pressinq olunmalıdır. Meza Kolliyə bunu başa sala biləcəksiniz?

- Yox, mən düşünürəm ki, Meza Kolli bizim oyunumuza uyğundur. Əgər qaçmasa, oynamayacaq. Düzdür, hələ hazır deyil. Komandaya tam uyğunlaşmayıb. Düşünürəm ki, Meza Kolli bizim üçün çox işlər görəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail