Baş məşqçi Mahir Emrelidən danışdı

21.01.2022 | 7290 dəfə oxunub

“Onun barəsində xüsusi heç nə deyə bilmərəm”. Stadium.Az xəbər verir ki, bunu Polşanın “Legiya” klubunun baş məşqçisi Aleksandar Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında “Legia.net” saytına müsahibəsində deyib.

O, 24 yaşlı hücumçu ilə bir dəfə danışdığını bildirib: “Bu, o demək deyildi ki, Mahir yanvarda qayıtmayacaq. Dedi ki, özünü klubda və komandada pis hiss edir. Bu qərarına təəccübləndim. Barəsində çox müsbət fikirdə idim, tərifləyirdim. Amma anlayıram ki, hər bir situasiyadan öz məqsədləri üçün yararlanmaq istəyən insanlar var. Bu söhbətlə də vasitəçiliyim başa çatdı”.

Vukoviç “Legiya” azarkeşlərinin hücumu zamanı Emreli ilə birgə döyülən komandanın digər hücumçusu Lukinyasa jest kimi kapitanlıq verdiyini diqqətə çatdırıb. Amma o, braziliyalı forvardı dilə tutmadığını vurğulayıb: “Onu çağırmadım və dilə tutmadım, necə reaksiya verdiyinə baxdım. Qərarım barədə məlumat verdim. Motivini bilərəm, tam dərindən düşündüm. Bu jestlə hansı dəyərlərə hörmət etdiyimizi, hansı insanlar barədə danışmaq istədiyimizi və hansılar barədə susmağın ən yaxşısı olduğunu göstərmək istədim. Lukinyas vacib oyunçu olub və belə də qalmaqdadır. O, hər zaman meydanda ürəyini qoyub, maksimumunu oynayıb, komandada və meydanda sadiqlik nümunəsi olub. İndi isə meydandan kənarda da bunu göstərdi. Bu oğlan bir çox anlamda nümunəvi legionerdir. Hadisədən tam başqa cür də istifadə edə, vəziyyətdən yararlanmağa cəhd göstərə bilərdi. Əminəm ki, onu hərtərəfli dilə tutublar, çünki özü üçün xeyir böyük idi. Amma özü başqa cür hərəkət etdi. Bu, mənim dəyər verdiyim şəxsdir və komanda da bunu gözəl anlayır”.

Baş məşqçi Lukinyasın bu qərara təəccübləndiyini sözlərinə əlavə edib: “Dedi ki, ya səhv başa düşüb, ya da tərcümə yanlışdır. Komandada Boruts və Yendjeyçik kimi nüfuzlu oyunçuların olduğu halda, o, belə bir funksiya barədə heç vaxt düşünmürdü. Cavab verdim ki, ona da hörmətlə yanaşırlar, biz komanda yaratmaq istəyirik. Sarğı isə onun komanda və kluba loyallığının qiymətləndirmə formasıdır. Komandanın liderləri dəyişmirlər. İstəyirik ki, komanda və klub olaraq, bunun loyallığını qəbul edək. Emreli və Lukinyasa zəng etməməyi düşündük. Gözlədim və baxdım ki, onlar necə hərəkət edəcəklər. Bu gün nəticələri görürük”.

Vukoviç iki hücumçu arasında müqayisə də aparıb: “Məsələ təkcə Lukinyasın polyak dilini bilməməyində deyil. Bu gün biz müxtəlif nağıllar söyləyə bilər. Amma hər kəsin kimin kim olduğuna dair mülahizə yürütdüyü bir məsələ var. Lukinyas və Emrelinin nümunəsində bunu yoxlamaq olar. Biz Lukinyasın polyakca bilmədiyi halda nə etdiyini daha çox qiymətləndiririk. Bu, komanda üçün yaxşı ruh deməkdir. Onun futbol savadı əla səviyyədədir. Bir parol və ya video-brifinq kifayətdir ki, nə tələb etdiyimi anlasın. Bu, söz yox, əməldir. O, bizim tələbatlı oyunçularımızdandır. Qərarı qəbul edəndə bütün komanda ilə məsləhətləşdim, səbəbini, öz motivasiyamı izah etdim. Anlayışla qarşıladılar”

“Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında “Legiya”nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail