"Neftçi" - "Qəbələ": 59-cu duel

Sabah Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək. Stadium.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son turda “Qəbələ” “Neftçi” ilə görüşəcək.
Bakıdakı “Bakcell Arena”da keçiriləcək matç iki komanda arasında 59-cu duel olacaq.
Komandalar indiyədək 58 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 25 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran "Qəbələ" futbolçuları 84 qol buraxıb. Son üç qarşılaşmada heç-heçə qeydə alınıb. Bu görüşlərin üçündə də hər iki tərəf qol sevinci yaşayıb.
Bu matç Premyer Liqa çərçivəsində 54-cü qarşılaşma olacaq. Əvvəlki 53 qarşılaşmada 16 qələbəsi olan 13 dəfə bir xalla kifayətlənib və 24 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 78 top buraxıb.
“Neftçi” ilə səfərdə 30-cu dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 12 dəfə uduzub. "Qəbələ" səfərdə 36 qol vurub, 39-nu buraxıb.(gabalafc.az)
Martın 18-də “Bakcell Arena”da keçiriləcək matç 19:37-də başlayacaq.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















12.03.2024

24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023


18.07.2023
17.07.2023
16.07.2023

15.07.2023

![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |