Dmitri Bezotosnı: "Bu barədə danışmaq tezdir" - MÜSAHİBƏ

09.02.2016 | 2737 dəfə oxunub

"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı Premyer Liqanın 20-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan sonra müsahibə verib.

- "İnter"lə oyun barədə nə deyə bilərsiniz?
- Əsas odur ki, qələbə qazandıq. Bu, bizim üçün çox vacib idi. Güclü külək səbəbindən oynamaq çətin idi. Çünki belə havada güclü xarakter nümayiş etdirmək lazım idi ki, qələbə qazanaq. Məncə, bunun öhdəsindən gəldik.

- Öz oyununuzu necə qiymətləndirərdiniz?
- Qələbə qazanmağımız daha vacib idi. Oyunumuz yaxşı alındı ki, üç xal qazandıq.

- Əvvəlki oyunda "Kəpəz"ə böyük hesabla uduzduğunuza görə Andrey Popoviçdən çox böyük narazılıq var idi. Deyəsən, azarkeşlər yenidən sizi qapıda gördüklərinə sevinirdilər...
- Mən ancaq özüm haqda danışa bilərəm. Bu barədə sualı məşqçilər korpusuna verin.

- Küləyin daha çox sizə problem yaratdığını demək olar? Çünki bir neçə dəfə rəqib zərbəsini dəf etmək məcburiyyətində qaldınız...
- Çətin idi. Mən topu meydanın rəqibə aid hissəsinə göndərirdim, amma o yenidən mənə tərəf qayıdırdı. Mümkün qədər diqqətli olmağa çalışırdım ki, səhv etməyim. Külək çox mane olurdu.

- Rəqib oyunçular isə sizi vaxt öldürməkdə günahlandırırdılar...
- Xeyr, belə bir şey yox idi. Sadəcə, məsuliyyət hissi böyük idi. Dəqiq zərbə vurmaq üçün özümü hazırlamağım lazım idi.

- "Qəbələ"nin uğursuz gedişata son qoyduğunu demək olar?
- Görəcəyik. Bu barədə danışmaq tezdir. Zaman göstərəcək. Biz hər oyuna qələbə üçün çıxırıq. Ümid edirəm ki, buna nail olacağıq.

- Liderdən 10 xal geri qalırsınız. Çempionluq şansınız var?
- Şans hələ var. Ötən mövsüm 6-cı yerdə gedirdik, amma sonda ilk üçlükdə yer aldıq. Halbuki, bunu heç kim təxmin etmirdi. 12-13 xal geridəydik. Futbolda bəzən düzgün proqnoz vermək olmur.

- Maliyyə böhranı sizə də təsir edib?
- Xeyr, klubumuzda hər şey qaydasındadır. Məndə də həmçinin. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail