Yunis Hüseynov: "Kapitana “sağ ol” deyirəm"

28.08.2020 | 6701 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubuna qarşı keçirdikləri oyundan  (0:0, penaltilər 4:5) sonrakı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Bu gün qələbə qazanmaq istəyirdik. Rəqib yaxşı komanda idi, kompakt idilər. Buna baxmayaraq, yaxşı çıxış etdik. Təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Deyərdik ki, onlara qələbəni qapıçıları qazandırdı. İki epizodda qolun vurulmasına mane oldu. Penaltilər isə lotereyadır. Məni narahat edən futbolçularımızda özünəinamın olmaması idi.
 
- Sanki 5-ci penaltini vuranı tapmırdınız...

- İlkin kapitandır və məsuliyyəti öz üzərinə götürdü. Ona heç nə demədim. Penaltini çox adam vura bilmir. Ona “sağ ol” deyirəm. Penaltilər seriyasına hazır idik, məşqdə bunların üzərində işləmişdik. Təəssüf ki, həmin penalti vurası oyunçular çəkindilər. Çəkinməsəydilər, bu gün qələbə bizimlə olardı.
 
- Bu inamsızlığa görə futbolçular cəzalanacaq?


- Komandamın oyunundan razı qaldım. 120 dəqiqə yaxşı oyun göstərdik. Əgər yaxşı oynamasaydıq, bir tədbir görərdik. Heç kim uduzmaq istəmir. Həmin oyunçular da bunu istəmirdilər. Sadəcə, özlərinə inam yox idi. Mənim özümdə də futbolçu vaxtı belə olub. Bu gün penaltilər seriyasında özünə inanan 4 futbolçu var idi. Qorxmaq lazım deyil.
 
- Cavid İmamverdiyevin oyunundan razı qaldınız?

- Cavid hələ tam hazır deyil. Rəqib azlıqda qalanda orta xətdə top saxlayan lazım idi. Bu üzdən Cavidi meydana buraxdım ki, topla işləsin. Hələ hazır deyil, oyunundan razı qalmadım.
 
- Kristovao ilə bu mövsüm tək çıxış etmək alınacaq?

- Silva da hücumçudur, sadəcə hazır deyil. Kim rəqabətdə güclü olacaq, o da meydana çıxacaq.
 
- Rəqibin baş məşqçisi deyib ki, oyun müddətində çoxlu şanslar yarada bilmədiniz. Çempionatda bunun çarəsini tapa biləcəksiniz?

-  Rəqibin baş məşqçisinin nə dediyi mənə maraqlı deyil. Bizim qol epizodlarımızı görməyibsə, eynək taxmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail