Visente Qomes: "İlk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı"

27.09.2020 | 4937 dəfə oxunub

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Ümumi olaraq, çox pis oynadıq. Oyunumuzdan narazıyam. İlk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı. "Səbail" qoldan sonra bizdən üstün oynadı və qələbə qazandı.
 
- Komanda son iki turda qol buraxmasa da, bu gün Bəhlul Mustafazadə ehtiyatda idi. Bu, sizin qərarınız idi, yoxsa zədəsi var?

- Həftə ərzində Bəhlulda bir az narahatlıq var idi və ona görə qərar verdim ki, ehtiyatda qalsın.
 
- Şakir Seyidovla bağlı nə düşünürsüz?

- Komandaya gəldiyimdən Şakir komandada deyil. Bunu klubdan soruşmaq lazımdır ki, o, nə üçün heyətdən kənarda qalıb.
 
- İki penalti epizoduyla və hakimliklə bağlı fikirləriniz necədir?

- Hakimlər barəsində danışmaq istəmirəm və bu üzrə mütəxəssis deyiləm. Onlara gələcəkdə uğurlar arzu edirəm.
 
- Komanda ikinci hissədə inamsız çıxış etdi. Sizə elə gəlmir ki, komandanız qələbəyə çox tez inandı?

- Açığı, istədiyimiz oyunu oynaya bilmədik. Bu matçı təhlil edərək, nəticələr çıxaracağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail