Qurban Qurbanov: "Tək Emilə yox, 1-2 futbolçuya da etirazımı bildirdim"

02.11.2020 | 4333 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turunda bu gün "Keşlə"yə qalib gəldikləri oyundan (6:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablanırıb:

- Yaxşı oyunla vacib qələbə qazandıq. Düzdür, çətinliklərimiz oldu. 90 dəqiqə eyni tempi qoruyub saxlaya bilmərik. Futbolçular səbr və düzgün oyun intizamıyla mübarizə apardılar. Ağır səfərdən sonra futbolçularda yorğunluq var idi. Futbolçularım layiqli qələbə qazandılar. 
 
- Psixoloji yorğunluğu üzərinizdən ata biləcəksiniz?

- Hər bir qələbə futbolçulara və mənə böyük inam, istək verir. Psixoloji maneəni aşmaq üçün qələbələr lazım olur. Avroliqadakı məğlubiyyətdən sonra futbolçular məyus idi. Məşq etməyə də çox vaxtımız olmadı. Bu gün oyundan əvvəl də futbolçularla söhbətim oldu. Həqiqətən, qələbə bizim üçün çox vacib idi. Avroliqa oyunlarında psixoloji problem olur. Nə qədər hər şey qaydasındadır desəm də, yenə də futbolçuların fikirləri qarışıq idi.
 
- "Sivasspor"la oyuna istədiyiniz heyətlə çıxa biləcəksiz?

- Xayme Romero isinmə hərəkətləri zamanı əzələsində ağrılar hiss etdi və biz də risk etmədik. Sabah durumu daha dəqiq bilinəcək. Zədəlilər sağalsa da, optimal formalarını bərpa etmək çətin olur. Belə davam etsə, 2-3 oyundan sonra futbolçular daha hazır olacaqlar. Zədəlilərin qayıtması məni sevindirir, əlimdə futbolçu ehtiyatı artacaq. "Sivasspor"un önünə daha hazır futbolçularla çıxacağıq.
 
- Emil Balayev hələ də özünü tam göstərə bilmir. Ona nə mane olur?

- Qol buraxdığına görə yox, hücumu başladığı üçün əsəbləşdim. Futbolçular tam yerləşməmiş oyunu başlatdı. Belə hallarda daha təcrübəli olmaq lazımdır. Ümumi götürsək, 90 dəqiqə özünü yaxşı göstərdi. Tək Emilə yox, 1-2 futbolçuya da etirazımı bildirdim. Düşünürəm ki, bunların faydası olacaq. O qol epizodunun da faydası oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail