Qurban Qurbanov: "Dinonu çox istəyirik"

14.03.2021 | 3858 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib:

- Futbolçularımı təbrik edirəm, vacib oyun idi.  Düzdür, oyunçularda bir az həyəcan, gərginlik var idi, amma 90 dəqiqə yaxşı oyun nümayiş etdirdilər. Hər bir futbolçudan razı qaldım. Düşünürəm ki, komanda hər oyun inamla, əzmlə mübarizə aparırlar. Uzun bir fasilə olacaq, bu zaman ola bilsin, oyunçular optimal formasını itirsin. Lakin hər bir halda əlimizdə olan 4-5 futbolçu ilə 14-15 günü keçirməliyik. Ramin Quliyevə uğurlar arzu edirəm.

- Kevin Medinanın ehtiyatda qalma səbəbi nə idi?

- Nüanslar çox idi, birdən-birə bu oyuna çıxmaq çətin olardı. 4 oyundur oynamırdı, ancaq məşq edirdi. Eyni zamanda digər futbolçular da özlərini yaxşı tərəfdən göstərmişdi.

- Dino Ndlovunun geri dönəcəyi nə qədər doğru məlumatdır?

- Klubun mətbuat xidməti bizim adımızdan məlumat vermişdi, Dinonu çox istəyirik. "Qarabağ"ın bir parçası olub, böyük uğurlarda onun payı var. Hazırda Dino ilə bağlı belə bir məsələ yoxdur. Yanvar ayında sadəcə epizodik danışıq olmuşdu, təklif olunmuşdu, amma klubunda onun müqaviləsi var. Yəni aramızda ciddi bir danışıq olmayıb.

- Dediniz ki, 15 günlük fasilə var. Millinin ötən toplanışından qayıdan futbolçularda problem var idi. Sizcə, yenə bu problem yaşanacaq?

- Millinin toplanışından sonra futbolçuların hazırlığından narahat olmamışam. Onların psixoloji hazırlığından narahat olmuşam və həmişə də elə bir an olub ki, optimal formanı, oyunlarda olan balansı itirmişik. 15 gün az vaxt deyil, millinin oyunundan 4 gün sonra çempionatın görüşüdür. Bu, məni çox narahat edir. Yenidən komandanı hazırlamaq problem olar. Dəfələrlə belə hallar olub. Hər bir halda milli komanda hamımızındır. Bir tərəfdən sevinirik ki, bu qədər oyunçumuz dəvət olunur. Hər biri ən yaxşı nəticə üçün çalışacaq.

- Hondanın "Neftçi"yə transfer olması Azərbaycan futboluna nə verəcək?

- Belə böyük adların bizim futbolda hallanması müsbət haldır. İstər məşqçi, istər tanınmış futbolçu Azərbaycana gələndə marağa səbəb olur. Düzdür, hazırda oyunlarda azarkeş yoxdur, amma yenə də bunu müsbət hal kimi dəyərləndirirəm. Bu transfer onların iddialı olmasını göstərir. Ümumiyyətlə, belə legionerlərin Azərbaycanda olması hər bir komandaya xeyirlidir. Ən azı hər bir futbolçu oyunlara motivasiyası ilə hazırlaşır.

- Son tura kimi azad agentləri transfer etmək olur. Siz bundan niyə istifadə etmirsiniz?

- Elə bir vaxtda transfer etmək lazımdır ki, futbolçunun fiziki forması yaxşı olsun. 2-3 ay oynamayan futbolçu üçün çətindir. Hər bir halda uyğun variant olsa, istifadə edərik. Amma hazırda elə bir firkrimiz yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail