Ayxan Abbasov: "Bu suala cavab verməyim düzgün olmaz"

30.04.2021 | 8349 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a penaltilərlə qalib gələrək (5:4) finala çıxdıqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Final oyununa görə mübarizə gedirdi. Çətin rəqibimiz var idi. Həqiqətən çox sevinirik. İkinci dəfədir ki, finala çıxırıq. Komanda olaraq buna inanırdıq. Hər iki cəbhədə mübarizə aparırıq. Bu heç də asan deyil. İlk oyunda 7 əsas futbolçumuz yox idi. Komandada əzmkarlıq gördüm. Taktiki cəhətdən hər şey qaydasında idi. Oyun ərzində bir neçə qol imkanımız olsa da fürsətləri dəyərləndirə bilmədik. Hər kəsi təbrik edirəm. Çempionat davam edir, bu son deyil. Çalışacağıq ki, uğurlu sonluq olsun. Biz bunu haqq edirik. "Qarabağ"a da uğurlar arzu edirəm.

- Sanki komanda üzvləri sizdən çox sevinirdi...

- Deməzdim.. Mənim üçün böyük qələbədir. Futbolçularımı soyunub-geyinmə otağında gözləyirdim ki, təbrik edim. Ola bilsin oyunun stresi var idi.

- Qapıçı Aydın Bayramov əsas heyətdə yerini haqq etdi. Siz də belə düşünürsünüz?

- Statistikaya nəzər yetirsək, demək olar hər iki qapıçımız eyni sayda oyun keçirib. Onlar ikisi də millinin üzvüdür. Bu qapıçılar Azərbaycan çempionatında çox oyun keçiriblər. Hər iki qapıçıya inanırıq. Aydın demişdim ki, kubokda finala vəsiqə qazansaq, finalda da sən qapıda olacaqsan.  O yerini haqq etdi.

- Elvin Məmmədov penaltini qaçıranda hansı hissləri keçirdiniz?

- Penalti seriyası çox həssas məqamdır. Penaltini vuran əsas futbolçular müəyyən səbəblərdən meydanda deyildi. Əli, Rəhim, Mehdi yox idi. Meydanda əsasən müdafiəçilər idi. Hər bir futbolçu penaltini qaçıra bilərdi. Məğlub da ola bilərdik. Amma Elvin özünü yaxşı tərəfdən göstərdi.

- Penaltilərdən əvvəl Aydın Bayramova hansı tövsiyyələri verdiniz?

- İnamımız var idi ki, Aydın bizə kömək edəcək. Məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. O məqamda qapıçıya hansısa tövsiyyəni vermək düzgün olmaz.

- Sanki ilk dəqiqələrdən oyunu penalti seriyasına daşımaq istəyirdiniz.

- İlk olaraq məqsəd uduzmamaq idi. Bilirdik ki, 1 qol bizi finala apara bilər. Biz 1 qol vursaydıq, rəqib 2 qol vurmalı idi. Oyun ərzində bir neçə epizod əldə etdik, amma futbolçular yorulmuşdu. Çempionatın sıx qrafikində oynayırıq, əlavə 30 dəqiqə oynamaq asan deyil. Amma yenə də penalti seriyasında şansınımızı yoxlamaq istəyirdik.

- İkinci dəfədir ki, finala vəsiqə qazandınız. İlk finalda "Qəbələ"yə məğlub olmuşdunuz. Buna görə futbolçuları psixoloji cəhətdən kökləmək çətin olmayacaq?

- O vaxt rəqib "Qəbələ" idi, bizdən daha təcrübəli idilər. 3 il dalbadal final oyanmışdılar. Bu il isə bizim təcrübəmiz var. Rəqibimiz də axşam bilinəcək.

- Siz hansı rəqibin qalib olmasını istəyirsiniz?

- Bu suala cavab verməyim düzgün olmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail