Canni De Byazi: "Lüksemburq da bizdən güclüdür" - MÜSAHİBƏ

12.11.2021 | 3822 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla keçirilən qrupun son oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Jurnalist olsaydınız, bu biabırçılıqdan sonra özünüzə hansı sualı verərdiniz?

- Özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynamısınız, özünü necə hiss edirsən? Cavab o olardı ki, çox pis hiss edirəm. Buraxdığımız ilk qolda rəqibə assist etdik. İkinci topda balans itdi. Üçüncü qola kimi meydanda bərabər şəkildə mübarizə apardıq. 1:2 hesabından sonra oyuna qayıtdıq, Emin Mahmudov və Rüstəm Əhmədzadənin ifasında iki yaxşı qol imkanımız oldu. Düşünürəm ki, bundan artığını edə bilməzdik. Özümə bir sual da vermək istərdim. Soruşardım ki, Konfrans Liqasında qol vuran Toral Bayramov və Abbas Hüseynov yoxdur, özünü necə hiss edirsən? Onlar komandanın gələcəyi olan iki aparıcı oyunçudur. Uğur üçün vaxt tələb olunur. Böyük uğura nail olmaq üçün proqramlı şəkildə işləmək lazımdır. Özümə bir sual da verə bilərəm. Amma sizin işinizi əlinizdən ala bilərəm.

- Düşünmürsünüz ki, Azərbaycan millisində edə biləcəyinizin maksimumunu etdiniz?

- Mənim rəhbərliyim altında 19 oyun keçirmişik. Düşünmürəm ki, bu azdır və ya çoxdur. Qrupda bizdən güclülər çox idi. Hətta bu gün qarşılaşdığımız Lüksemburq da bizdən güclüdür. İrlandiya ilə oyunda qələbəni son anda əldən vermişdik. Millini çalışdırmaq uzun və çətin işdir. Əminəm ki, 100 yox, 101 faiz gücümü ortaya qoydum. Ola bilər biliyim azdır, bilmirəm. Komandanın inkişafı üçün əlimdən gələn hər şeyi etdim. Uşaqlara həmişə deyirəm ki, qələbə ilə məğlubiyyət arasında fərq çox azdır. Xırda detallar hər şeyi həll edir. Uzun müddət bir yerdə işləməyə çox imkanımız da olmur.

- Hər oyundan sonra deyirsiniz ki, inkişaf üçün vaxt lazımdır. Heç olmasa üç fakt sadalaya bilərsiniz ki, inkişaf var, uğur üçün vaxt lazımdır?

- Biri var oyuna azarkeş, jurnalist kimi baxmaq, biri də var məşqçi kimi. Bunlar fərqli şeylərdir. Bu gün fərqli baxıb, oyunu təhlil etdikdən sonra görə bilərsiniz ki, komandada inkişaf var. Son oyunlarda öz meydanımızda 3 qol buraxdıq. Bu, heç də xoş hal deyil. Amma real yanaşanda inkişaf görünür. Özümüz müdafiədə hədiyyə etdik. Bunlar da nəticəyə təsir edir.

- Müqavilə müddətiniz başa çatmaq üzrədir. Gələcəyinizlə bağlı nə düşünürsünüz?

- Belə bir matçdan sonra bu barədə danışmağın mənası yoxdur. Noyabrın 30-na kimi müqaviləm var. Menecerimlə söhbət olacaq, axırda AFFA rəhbərliyi qərarını verəcək.

- Millətlər Liqasında Lüksemburqla görüşdə Mahir Emreli, bu gün isə Tellur Mütəllimov qırmızı vərəqə aldı. Bu, təsadüfdür?

- Telluru görməmişəm, onunla bağlı bu barədə danışmamışam. Hakimdən razı qalmadım, bizə absurd sarı vərəqələr verdi. Tellurun epizodunda qırmızı vərəqə var idi. Amma rəqibin kobudluqları zamanı sarı vərəqə vermirdi. Taktiki baxımdan yaxşı oyun keçirdiyimizi fikirləşirəm. Mənə maraqlıdır, 11-11-ə qalsaydıq, nəticə necə olardı? Çünki oyunçular çox yaxşı motivasiya olunmuşdular. Ölkədəki bayram ab-havasını davam etdirmək istəyirdik. Amma 10 nəfərlə qaldıqdan sonra oynamaq çətin idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail