Maksim Medvedev: "Keçmişə baxanda hərdən gülürəm, peşman oluram"

07.03.2022 | 5478 dəfə oxunub

“Qarabağ”ın kapitanı Maksim Medvedev “Qəbələ” ilə matçdan sonra qarşılaşma barədə jurnalistlərin suallarını cavablandırıb:

 - İntensiv oyun oldu. Böyük turnirdə oynamırıq. Bu mənada oyuna köklənmək çətindir. Birinci hissədə bundan əziyyət çəkirdik. Amma ikinci yarıya çıxanda tam başqa futbol oynadıq. Hər şey istədiyimiz kimi alındı.

- Oyuna yaxşı köklənsəydiniz bəs neçə qol vurardınız?

- İstər-istəməz böyük komandalara qarşı oynayanda başqa cür hazırlaşırsan. Konsentrasiyanı oyuna yönəldirsən. Yerli çempionat oyununa hansısa futbolçu rahat çıxır, konsentrasiya aşağı olur. Çalışmalıydıq ki, bunu aradan qaldıraq. Hər il bizdə bu cür problem baş verir. Baş məşqçi də demişdi ki, belə problem ola bilər.

- Penalti sizi nə dərəcədə qıcıqlandırdı?

- Oyun gedə-gedə əsəbləşmişdik. Amma sonradan videoya baxdıq və gördük ki, Medina rəqibi tutur, qərar doğru verilib. 

- Çempionatımızın səviyyəsizliyi imkan vermədi ki, “Marsel” səddini keçəsiniz?

- İnanmıram, Azərbaycan çempionatı elə səviyyədə olsun ki, “Marsel”lə matça çıxaq və bərabərsəviyyəli futbol oynayaq. “Marsel” başqa səviyyədir. Amma bizim çempionatımızın da səviyyəsi aşağı deyil. Sadəcə, daha da çox çalışmaq lazımdır. Güclü legionerlər gəlsə, daha yaxşı rəqabət olar. Bildiyimiz kimi, gələn mövsüm komanda sayı artırılacaq. Bəlkə daha maraqlı olacaq. Daha böyük rəqabət olsa, böyük komandalara qarşı inamlı oynaya bilərik.

- 33 yaşın olsa da, hələ də idman formanı yaxşı saxlamısan...

- İnsanın özündən çox şey asılıdır. Gənclikdə çox səhvlərim olub. İndi keçmişə baxanda hərdən gülürəm, peşman oluram. Ki, kaş bunu etməzdim. Peşəkar olmaq yalnız məşq etməklə deyil.

​- Rəşad Sadıqovun avrokuboklardakı oyun sayında rekordunu qırdın. Bəs, millidə oyuna sayına və ya heç olmasa 100 oyun sayına çatan ikinci futbolçu ola biləcəksən?

- Millidə çox oyun oynamaq çətindir. İnanmıram ki, Rəşadın rekorduna çatım. Çünki 1 ildən sonra milli ilə vidalaşmaq qərar verəcəm. 34-35 yaşında milli karyerasını davam etdirən az futbolçu var. Gərək 3 il də oynayım ki, buna çatım. Amma zaman göstərəcək. Əsas sağlamlıqdır ki, çalışım 100-ə çatım. 

- "Qarabağ"da uğurlar qazanmısan. Bundan sonra hədəflərin nədir?

- Konfrans Liqasının qrupundan çıxmışıq. Amma istəyərdim ki, bu Avroliqada və Çempionlar Liqasında olsun. İstənilən halda nə qədər uğurlar olsa da, hədəflər bitmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail