"Topaz" mərc edir: AEK anti-rekorddan qurtulacaq?

01.12.2011 | 9095 dəfə oxunub

Proqramına 12 qarşılaşma daxil edən, bunlardan 10-nu TƏKli oyun kimi müştərilərin İxtiyarına verən Topaz yenə qazanmaq üçün əla şərait yaradıb. Oyunçuların Avroliqanın əksər qarşılaşmalarına aid mülahizə yürütməsi nəticəsində maddi rifahlarını yüksəldə bilməsi üçün ölkənin ilk və tək rəsmi mərc oyunu təşkil edən qurumu bütün imkanlarını səfərbər edib. Futboldan ikiqat həzz almaq şansınızdan maksimum faydalanmağa çalışın.
 
Komandalar bab olmasa da, bugün əsas diqqət mərkəzindəki oyun “Makkabi” – “Beşiktaş” matçıdı. Təl-Əviv təmsilçisini səfərdə məğlub etməyə çalışan “Beşiktaş” üzərində ciddi təzyiq olacağı dəqiqdi. Hər nə qədər futbolu siyasətdən uzaq tutmağa çalışsalar da, FİFA-ya, eləcə də UEFA-ya bu istəklərinə çatmaq müəssər olmayıb. Odu ki, İsrail – Türkiyə münasibətlərinin soyuqluğunun bu matçda artıqlamasıyla hiss olunacağı gözlənilir. Topaz isə öz müştərilərinə siyasətsiz futbol izləmək, seyr etməklə pul qazanmaq imkanı yaradıb. “Beşiktaş”ın qrup ikinciliyini əldən verib-verməyəcəyini Topaz-da müəyyənləşdirin.
 
Çempionata fırtına kimi başlasa da, Marsel “Olimpik”inə uduzaraq liderliyi təhvil verən PSJ Avstriya səfərindədi. Parislilərin məqsədi “Zalsburq”a qalib gələrək yoluna davam etməkdi. Gəl ki, Avstriya təmsilçisi də pley-off şansını davam etdirir. Doğma azarkeşlər önündə möhtəşəm oyun göstərən, lakin ötən tur “Atletik”ə məğlub olaraq fanatlarını üzən “Zalsburq”, meydana 3 xal üçün çıxacaq. Bu isə o deməkdi ki, fransızları səfərdə çətin sınaq gözləyir. Bunun əksini düşünürsüz? Hesab edirsiz ki, PSJ Avstriyadan 3 xalla qayıdacaq? Elə isə Topaz məntəqələrinə tələsin.
 
Avropa futbolunun önəmli markalarından olan AEK, cari mövsümdə rüsvay ola bilər. Yunanıstanı bürüyən iqtisadi böhranla əlaqədar əksər futbolçularından imtina edən Afina təmsilçisi L qrupunun sonuncusudu. Autsayderlikdən başqa, həm də AEK-a anti-rekorda imza ata bilər. Hesabında xalı olmayan yunanlar əvvəlcə “Anderlext”i, sonra da “Şturm”u udmalıdı. Bunu bacarıb-bacarmayacağını isə Topaz müştəriləri hamıdan əvvəl müəyyənləşdirə bilərlər.
 
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail