"Topaz" mərc edir: "Liverpul" 9-a çatdıra biləcək?

05.12.2011 | 10023 dəfə oxunub

İlk dövrənin sonuna yaxınlaşdıqca, iddialı komandalar get-gedə daha çox məsuliyyət hiss etməyə başlayıblar. Bu səbəbdən də favoritlərin meydanı qalib tərk etməsi adi hal almaqdadı. Yəni, sürpriz nəticələr azalmağa başlayıb. 
“Topaz”ın bazar ertəsi proqramında yer alan 15 oyunun hamısı, xüsusən də 3 TƏKli matç sizləri zəngin etməyə bəs edər. Sizdən hərəkət, “Topaz”dan bərəkət. “Tottenhem”ə 4 cavabsız qol buraxaraq biabır olandan sonra, “Liverpul” 8 oyundu uduzmur. Premyer Liqada üst sıralarda məskunlaşan komandaların demək olar ki, hamısına “od” qoyub.
 
“Fulhem”i yenərək yüksəliş qrafikini davam etdirmək, Liverpulun eyniadlı komandasının əsas məqsədidir. “Topaz”ın TƏKli oyun kimi sizlərə təqdim etdiyi “Fulhem” – “Liverpul” qarşılaşmasına aid bütün düşüncələriniz maddi rifahınızı yüksəldə bilər. Çalışın şansınızı əldən verməyin.
Yəhudi biznesi Xarkov “Metallist”inin maliyyə durumunu düzəltsə də, Ukraynada çempionluq yarışı yenə “Şaxtyor”la “Dinamo” arasında gedir. Donetsk təmsilçisindən 2 xal geri qalan “Dinamo”, “Metallurq”u, Donetskin digər klubunu yenərək liderliyi ələ keçirməyə çalışacaq. Ekspress kupon tərtib edənlər üçün “Dinamo” – “Metallurq” qarşılaşmasından istifadə etmək, ideal variantdı. “Topaz” müştərilərinin Kiyevdə keçiriləcək oyun haqda hansısa fikri varsa, gedəcəkləri ünvan məlumdu – “Topaz” məntəqələri.

Oyun alveri ilə bağlı açıqlanan qərarlar bazar günü “Fənərbaxça” kimi “Beşiktaş”da da əhval-ruhiyyəni korladı. “Qara qartallar”a son olayların necə təsir göstərdiyini azarkeşlər məhz bugün, “Beşiktaş” – “Orduspor” qarşılaşmasında görəcəklər. TƏKli oyun kimi sizlərə təqdim olunan bu matçdan yararlanmaq imkanınızı çalışın boşa xərcləməyin. 

“Latsio” İtaliyada çox sevilməsə də, ölkə millətçilərinin simvoludu. Nasist dönəmindən qalan komandanın ötən tur “Yuventus”a uduzması bütün millətçiləri üzmüşdü. Bu səbəbdən də Roma təmsilçisi doğma azarkeşlər önündə “Novara”nı məğlub edərək, günahını bağışlatmağa çalışacaq. “Latsio”nun istəyini reallaşdırıb-reallaşdıra bilməyəcəyini hamıdan əvvəl sizlər – “Topaz” müştəriləri müəyyənləşdirə bilər.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail