Orxan Səfərov dünya çempionatında ikinci oldu
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib. Stadium.Az xəbər verir ki, ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb.
O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Güləşçimiz 49 saniyəyə rəqibini üstələyib.
1/8 finalda portuqaliyalı Qonsalo Mansinyonu 30 saniyəyə məğlub edən yarımfinala vəsiqə uğrunda görüşdə qazaxıstanlı Eldost Smetovla qarşılaşıb. Orxan bu rəqibinə də vaxtından əvvəl qalib gələrək yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız finala yüksəlib.
Orxanın həlledici qarşılaşmada rəqibi yaponiyalı Noişa Takato olub. Bu görüşdə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib.
Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində yığmamız iki idmançı ilə təmsil olunub. 1/32 finaldan mübarizəyə qoşulan Bazarraqça Erdenebat ilk görüşdə rumıniyalı Aleksandra Popla qarşılaşıb. İdmançımız ilk görüçündəcə uduzub.
48 kq çəkidə digər təmsilçimiz Leyla Əliyeva da uğursuz çıxış edib. O, 1/16 finalda yaponiyalı Funa Tanakeyə uduzub.
Azərbaycan yığması Macarıstana 17 cüdoçu (9 kişi, 8 qadın) ilə yollanıb
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |