Cüdo millimiz dünya çempionatında 4 medal qazandı

03.09.2017 | 5828 dəfə oxunub

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı başa çatıb. Stadium.Az xəbər verir ki, yarışın 6-cı gündə Azərbaycan millisinin daha 4 idmançısı tatamiyə çıxıb.

Kişilər

100 kq

Bu çəkidə iki idmançımız mübarizə aparıb. Təcrübəli Elxan Məmmədov yarışa 1/16 finaldan start verib. O, ilk görüşündə Kanada təmsilçisi Kayl Reyeslə üz-üzə gəlib. Bu rəqibini çətinlik çəkmədən məğlub edən Elxan 1/8-də ukraynalı Anton Savitskiyə də eyni aqibəti yaşadıb. 1/4 finaldakı rəqib isə rusiyalı Kazbek Zankişiyev olub. Bu dəfə də yenilməz olan Elxan adını yarımfinala yazıdırıb. Finalın bir addımlığında gürcü Varlam Lipartelianiyə uduzan Məmmədov bürünc medal uğrunda yarışmalı olub.

Elmar Qasımov da mundiala 1/16 finaldan başlayıb. İlk olaraq monqolustanlı Otqonbaatar Lxaqvasureni yolundan kənarlaşdıran cüdoçumuz 1/8 finalda Portuqaliya idmançısı Jorje Fonsekadan üstün olub. 1/4 finaldakı yaponiyalı Aaron Volf görüş isə uğursuz alınıb. Qasımov təsəlliverici görüşlərdə ilk olaraq belçikalı Toma Nikoforovla qarşılaşıb. Bu rəqibinə qalib gələn Elmar “bürünc” üçün komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb.

Görüşü qələbə ilə başa vuran Qasımov mundialı üçüncü pillədə tamamlayıb.

+100 kq

Ən ağır çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokouri ilk görüşündəcə braziliyalı Rafael Silvaya uduzaraq dünya çempionatı ilə erkən vidalaşıb.

Qadınlar

+78 kq

Bu çəkidəki təmsilçimiz İrina Kindzerskaya Essohanam Koro ilə üz-üzə gəlib. Afrikalı idmançını yolundan kənarlaşdıran İrina 1/8 finalda litvalı Santa Pakentyeni də məğlubiyyətə uğradıb. Növbəti rəqib – bosniya və herseqovinalı Larisa Seriç də idmançımız qarşısında aciz qalıb.

Yarımfinalda ilk dəfə məğlubiyyətlə tanış olan Kindzerskaya çinli Sonq Yudan zəif olub. Təmsilçimiz “bürünc” uğrunda isə hollandiyalı Tisse Savelkulsla qarşılaşıb. Rəqibinə qalib gələn İrina mundialı bürünc medalla başa vurub.

Mundialın geridə qalan günlərində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail