“World Master”: Elxan Məmmədov da "bürünc" qazandı

17.12.2017 | 6396 dəfə oxunub

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Master” turnirinə yekun vurulub. Stadium.Az xəbər verir ki, mötəbər yarışın son günündə daha 5 cüdoçumuz tatami üzərinə çıxıb.

90 kq

90 kq çəki dərəcəsində mübarizə aparan iki idmançımız da yarışa 1/8 final mərhələsindən start verib. Tural Səfquliyev ilk görüşündəcə meydan sahibi Husen Xalmurzayevə məğlub olub və mübarizəni başa çatdırıb.

Məhəmmədəli Mehtiyev isə əvvəlcə monqol Altanbaqana Qantulqanı yolundan kənarlaşdırıb. Növbəti görüşdə İspaniyanı təmsil edən gürcü idmançı Nikolo Şerazadişviliyə uduzan Mehtiyev rəqinin yarımfinala adlaması səbəbindən təsəlliverici görüşlərə qatılıb. Bürünc medala gedən yolda macarıstanlı Kriştian Tota məğlub olan Məhəmmədli yarışı medalsız başa vurub.

 100 kq

100 kq çəki dərəcəsində ölkəmizi bu dəfə də Elxan Məmmədov və Elmar Qasımov təmsil ediblər. Hər iki cüdoçumuz turnirə 1/8 finaldan başlayıblar.

Məmmədovun ilk rəqibi isveçli Xoakim Dvarbi olub. Rəqibini mübarizədən kənarlaşdıran veteran cüdoçumuz növbəti görüşdə Portuqaliya təmsilçisi Xorxe Fonsekaya da gücünü göstərib. Təmsilçimiz yarımfinalda hollandiyalı Mixael Korrelə güləşib. Matçın əsas vaxtı bərabərliklə başa çatıb. Əlavə olunmuş vaxtda rəqibindən daha çox - 3 dəfə xəbərdarlıq alan Məmmədov məğlub olub və gücünü bürünc medal uğrunda döyüşdə sınayıb. Onun medallara gedən yoldakı son rəqibi Elmar Qasımova qalib gələn Kirill Denisov olub. Rəqibini məğlub edən cüdoçumuz mötəbər turniri "bürünc"lə yekunlaşdırıb.

Elmar Qasımov isə əvvəlcə ev sahibi Niyaz Bilalova qalib gəlsə də, macarıstanlı Mikloş Kiryeniks qarşısında məğlubiyyət acısı yaşayıb. İdmançımız təsəlliverici görüşdə rus Kirill Denisovla münasibətlərinə aydınlıq gətirib. Görüşü olduqca zəif keçirən Qasımov ardıcıl 3 xəbərdarlıq alaraq mübarizəni vaxtından əvvəl başa vurub. 

+100 kq

+100 kq çəkidə isə Uşanqi Kokouri yarışıb. Gürcü əsilli təmsilçimiz 1/8 finalda monqol Duranbaya Ulzibayar ilə üz-üzə gəlib və uduzaraq yarışı medalsız başa vurub.

Turnirin ilk günündə bir idmançımız – 73 kq çəkidə yarışan Hidayət Heydərov bürünc medal qazanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail