Cüdoçularımız 100 ailəyə yardım etdi

30.04.2020 | 6007 dəfə oxunub

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük" sosial aksiyasına qoşulublar.

Stadium.Az xəbər verir ki, milli komandanın üzvləri, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının mükafatçıları olan cüdoçuları onlara verilən prezident mükafatından 100 ailəyə yardım göstəriblər və bütün idmançı dostlarını da imkansız ailələrə yardım etməyə səsləyiblər.

Cüdo üzrə həm kişilər, həm də qadınlardan ibarət milli komandalarının təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına əsasən çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də maddi yardıma ehtiyacı olan insanlara və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.

Milli komandanın kapitanı, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlixadə və Rio Olimpiya Oyunlarının gümüş medalçısı, Avropa və dünya çempionatının mükafatçısı Elmar Qasımov 100 ailəyə baş çəkərək onlara ərzaq paylayıblar.

Yardım təqdim edilən vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğu diqqətə çatdırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail