Cüdoçularımızın qatılacağı Böyük Dəbilqə turnirinin vaxtı və yeri açıqlanıb

02.12.2020 | 4655 dəfə oxunub

Cüdo üzrə Böyük Dəbilqə turniri 2021-ci ildə İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək. Stadium.Az xəbər verir ki, bu barədə İsrail Cüdo Federasiyasının prezidenti Moşe Ponte “The Jerusalim Post” nəşrinə müsahibəsində deyib.

O, Beynəlxalq Cüdo Federasiyasının (IJF) turniri İsrailə həvalə etdiyini bildirib. Ponte gələn ilin fevralında baş tutacaq və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışda dünyanın adlı-sanlı idmançılarının qüvvəsini sınayacağını bildirib.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı "Report"a açıqlamasında yerli cüdoçuların da Böyük Dəbilqə turnirində iştirakının planlaşdırıldığını söyləyib.

Koronavirus pandemiyası səbəbindən təxirə salınmış Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail