Paracüdoçumuzdan qızıl

29.08.2021 | 5672 dəfə oxunub

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb. Stadium.Az xəbər verir ki, paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev (+100 kq) Paralimpiadada 3-cü yeri tutub.

O, təsəlliverici görüşə çıxıb. İkiqat paralimpiya çempionu yamaykalı Teador Subba ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmada özbəkistanlı Şirin Şaripovla qarşılaşıb. Zəkiyev qələbə qazanaraq bürünc medalın sahibi olub. Bu, Zəkiyevin karyerasında 4-cü Paralimpiada medalı olub. Millimizin lideri Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də bürünc mükafat qazanıb.

Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova isə yarımfinal görüşünə çıxıb. +70 kq çəkidə mübarizə aparan idmançı Braziliya təmsilçisi Meg Emmeriklə (Braziliya) üz-üzə gəlib. Rəqibinə qalib gələn Kərimova finala yüksəlib. İdmançımız həlledici görüşdə qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib. Bu, Azərbaycanın 9-cu qızıl medalı olub.

Bu gün yarışa qoşulan paracüdoçulardan Kənan Abdullaxanlı (100 kq) isə mübarizəni erkən dayandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail