Dmitri Nazarov: "Mən komandanın itoynadanıyam"

18.05.2020 | 4524 dəfə oxunub

"Bu, velosipedlə gəzmək kimi bir şeydir. Siz sürməyi sadəcə unutmursunuz. Zərbəni vurarkən də özümə əmin idim. Buna görə də topu aldım".

Stadium.Az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Ertzgebirge"nin futbolçusu Dmitri Nazarov "Zandhauzen"i 3:1 hesabı ilə yendikləri Almaniya II Bundesliqasının XXVI tur matçı barədə danışarkən deyib. 5-ci dəqiqədə penaltidən fərqlənən 30 yaşlı hücumçu həmin epizoddan da bəhs edib:

"Qayda pozuntusu üzündən rəqib futbolçuya qırmızı vərəqə göstərildikdən sonra çox vaxt keçdi. Buna baxmayaraq, özümüzü tam oyuna verdik və düşünürəm ki, qələbəyə layiq idik".

Nazarov karantin rejiminə əməl etmələrinin çətinliyindən də söz açıb: "Oyun ərəfəsində bir neçə maskadan yararlanmışdım. Bu vasitə bizə hər yerdə lazım olur. Emosiyalara rəğmən, qaydalara düzgün əməl etməyə və özünü qorumağa çalışırsan. Hətta qol sevincini qeyd edərkən də tələblərə riayət etmək asan deyildi. Bununla belə, biz hər şeyin ən yaxşısını etdik".

Azarkeşlər üçün darıxdıqlarını deyən təcrübəli oyunçunun fikrincə, digər komandalar Aueyə gəldikdə onları dolu tribunalar önündə nələrin gözlədiyini bilirlər. O, hazırkı situasiyaya uyğunlaşmağın heç də hamıya asan olmadığını söyləsə də, komandasının bu qələbə ilə irəliyə addım atdığını vurğulayıb: "Gələcəkdə belə qələbə sevinclərini azarkeşlərlə birgə yaşayacağıq. Onlara çox ehtiyacımız var. Bu vəziyyətin tezliklə bitəcəyinə ümidvaram".

Nazarov penaltini yerinə yetirdikdən sonra yaşadığı qeyri-adi qol sevincindən də danışıb: "Mən komandanın itoynadanıyam. Qol sevincindən sonra xoş mesajlar aldım, insanların üzlərində təbəssüm yaratdığıma görə sevindim. Hər kəs qol vurduqdan sonra özünəməxsus nə isə edə bilər. Bu hərəkət isə ağlıma anidən gəldi. Hamı mənə sms göndərərək, "gülümsə" dedi və təşəkkürlərini bildirdi".

Bu qələbədən sonra xallarını 37-yə çatdıran "Ertsgebirge" 6-cı pilləyə yüksəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail