"Başakşəhər"in futbolçusu millimizdən imtina etdi

14.05.2021 | 5044 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Emre Kaplan yığmamızda oynamaqdan imtina edib.

Stadium.Az xəbər verir ki, milliləşdirilmiş 20 yaşlı türkiyəli müdafiəçi bu barədə İnstaqram hesabında paylaşım edib. O, artıq beynəlxalq arenalarda Türkiyəni təmsil etmək istədiyini bildirib:

“Təşəkkürlər Azərbaycan. Azərbaycan millisinin formasını geyindiyim üçün çox qürurlu və xoşbəxt idim. Üzərimdə əməyi olan bütün məşqçilərə, birlikdə tər tökdüyümüz komanda yoldaşlarına minnətdaram. Dost və qardaş bir ölkənin gənclər komandasını tərk edərək bundan sonra “ay-ulduzlu” formanı tərlədəcəyimin həyacanını və qürurunu yaşayıram”.

Emre Kaplan daha əvvəl U-19 millimizdə də çıxış edib. O, həm U-19, həm də U-21-də 3 rəsmi oyunda iştirak edib. Müqavilə ilə “Başakşəhər”ə məxsus olan 20 yaşlı futbolçu icarə əsasında “Bodrumspor”da çıxış edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail