Tahir Gözəl: “Komandamıza inamım sonsuzdur”

18.05.2021 | 4151 dəfə oxunub

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl bu gün əsas komandanı ziyarət edib. Stadium.Az xəbər verir ki, Ağdam klubunun rəsmi saytına açıqlama verən klub rəhbəri Azərbaycan Premyer Liqasında mövsümün son turunun “Neftçi” ilə səfər matçında futbolçulara uğurlar arzulayan Tahir Gözəl onlara inandığını dilə gətirib:

“Biz uzun illər Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışının ən böyük təbliğatçılarından olmağa çalışmışıq. Ardıcıl 7 il çempion olaraq avrokubokların qrup mərhələsində Qarabağ adını bütün Avropada qürurla daşımışıq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində artıq azad Qarabağı təmsil edirik. Bu münasibətlə sizi təbrik edirəm. Qarabağ azad olunduqdan sonra bu ilk görüşümüzdür. İnanıram ki, Qarabağ tezliklə abadlaşdırılacaq. Yerlə yeksan edilmiş şəhərlərimizin yerində yeni tikililər göz oxşayacaq. Digər tərəfdən koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri oldu. Lakin biz “Qarabağ” adını, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını heç vaxt unutmadıq. Əlimizdən gələni etdik ki, maliyyə sıxıntıları kluba təsir etməsin.

Ötən mövsüm yarımçıq qaldı. Komandamız 5 aya yaxın futbol oynamadı. Futbolçular istədiyimiz kimi hazırlıq keçə bilmədi. Üstəlik avrokuboklarda təsnifat mərhələləri cəmi 1 oyundan ibarət idi. Bütün bu çətinliklərə rəğmən, “Qarabağ” qruplara qalmağı bacardı. Özü də Vətən Savaşının 3-cü günündə, çox həssas məqamda böyük zəfər əldə edərək. Anlayırıq ki, “Qarabağ” futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada hər kəsə duyurmalıyıq.

Hər zaman deyirəm ki, mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir. Hər şəraitdə Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Komandamıza inamım sonsuzdur. 10-15 il bundan əvvəl kimsə “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl 7 il avrokuboklarda qrup mərhələsində iştirak edəcək desə, heç kim ona inanmazdı. Amma mən o gün də “Qarabağ”ımıza inanırdım, bu gün də inanıram. Biz “Çelsi”, “Tottenhem”, “Arsenal” kimi rəqiblərlə qarşılaşdıq, “Atletiko”nu qrupda saxladıq.

Bilirəm ki, bu mövsüm də çox çalışmışıq. Son oyun növbəti vacib qarşılaşmamızdır. Mayın 19-da “Neftçi” ilə matçda da lazım olan nəticəni əldə edib, yenidən Azərbaycan çempionu adını qazanacağımıza inanıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail