Canni De Byazi: "Yaxşı oyun göstərmək istəyirik"

06.06.2021 | 4445 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransı keçirib.

Stadium.Az xəbər verir ki, italiyalı mütəxəssis Belarusla matçdan fərqli bu dəfə bütün 90 dəqiqəni eyni səviyyədə keçirmək istədiklərini bildirib:

"Artıq 2 oyun oynamışıq. Sabah təşkilatlanmış komandaya qarşı mübarizə aparacağıq. Çox diqqətli olmalıyıq. Bizi ağır oyun gözləyir. Yaxşı nəticə qazanmağa çalışmalıyıq. Amma mövsümün sonudur. Bu amil öz sözünü deyir. Belarusa qarşı ilk hissədə də yaxşı oynadıq. Sadəcə, 1-2 epizodda səhvə yol verdik ki, bu da qolla nəticələndi. Buna baxmayaraq, komandam meydanda 90+5-ci dəqiqəyədək mübarizə apardı. Moldova millisi yaxşı komandadır. Roberto Bordin isə əla məşqçidir. Komandasını çox yaxşı hazırlayır. Son anadək mübarizə apardılar. Biz isə artıq inkişafdayıq. Daha az qol buraxırıq. Komanda getdikcə öz oyununu tapmağa başlayır".

De Byazi bildirib ki, bütün oyunlar çətin keçir: "Hamısına eyni ciddiliklə hazırlaşırıq. Rəqibi analiz etmişik. Güclü və zəif tərəflərini bilirik. Son oyunumuzdur, bundan sonra istirahətə gedəcəyik. Yaxşı oyun göstərmək istəyirik".

Təcrübəli mütəxəssis sabahkı qarşılaşmada da əsas heyət üzvlərinə şans verəcəyini söyləyib: "Komandanın inkişafı üçün eyni oyunçuların birlikdə oynaması daha faydalıdır. Sabah da eyni şey olacaq. Yeni komandayıq. Millinin qapısı hər kəsin üzünə açıq olduğu kimi, hər zaman bağlana da bilər. Hamı əlindən gələni etməlidir".

Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail