Şenol Günəş: "Rəqib bizdən üstün idi"

12.06.2021 | 4341 dəfə oxunub

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Stadium.Az xəbər verir ki, türkiyəli mütəxəssis 0:3 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:

“Avropa çempionatının açılış matçında meydan sahiblərinə gücümüzü göstərmək, onlara çətinlik yaşatmaq istəyirdik. Rəqiblə bərabər səviyyədə oynamağı, gözəl futbol sərgiləməyi düşünürdük. Amma bunu bacarmadıq. Rəqib bizdən üstün idi. Texniki cəhətdən bizdən daha üstün olduqlarını göstərdilər. Xüsusilə ilk hissədə rəqibin təzyiqindən qurtula bilmədik. İtaliya yığması topu ələ keçirəndə onu rahatlıqla vermir. Əvəzində bizdən topu daha rahat ala bilirdilər. Birinci hissədə rəqibin təzyiqinə dözə bilsək də, ikinci hissədə xüsusilə qol buraxdıqdan sonra oyuna nəzarəti daha da itirdik. Qarşımızda daha üstün rəqib vardı. Bizdən daha yaxşı olan rəqibə məğlub olduq. Oyunumuzun İtaliya yığmasından çox geri qaldığını gördük. Amma rəqib nə qədər güclü olsa da, biz öz oyunumuzu sərgiləyə bilmədik. Bəlkə də ilk qolu buraxmasaydıq, daha da dirənə bilərdik. Bu oyunda qazanacağımız bir və ya üç xal bizə böyük fayda verərdi. Olmadı. Buna görə üzgünük. Qarşıda daha iki oyunumuz var. Hər ikisində qalib gəlməyə çalışacağıq. İlk oyun Uelsə qarşı olacaq. Ümid edirəm ki, həmin oyunda düşündüklərimizi meydanda göstərə və istədiyimiz nəticəni qazana biləcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail