İbrahimoviç: "Çalhanoğlu Kristian Eriksenin faciəsindən istifadə edib"

07.12.2021 | 4264 dəfə oxunub

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç keçmiş komanda yoldaşı Hakan Çalhanoğlunu "İnter"ə keçdiyi üçün tənqid edib. 

Stadium.Az “Calciomercato” xəbər verir ki, o, yayda türkiyəli oyunçunun “İnter”in digər yarımmüdafiəçisi Kristian Eriksenin yaşadıqlarından istifadə edərək A seriyası təmsilçisinə transfer olunduğunu deyib: 

“Bəli, biz Çalhanoğluya komandamıza etdiyi xidmətlərə görə minnətdarıq və ona gələcək üçün ən yaxşısını arzulamaq istəyirik. Bəlkə də sözlərim xoşagəlməz səslənəcək, amma inanıram ki, Çalhanoğlu faciədən istifadə edib. Avro-2020-nin Danimarka - Finlandiya matçı zamanı Kristian Eriksenin yaşadıqlarından yararlanıb. Bu mövqe üçün "İnter"in təcili bir oyunçu alması lazım idi. Ona görə də qapı Hakan üçün açıldı. Bundan əvvəl nə "İnter"dən, nə də başqa klubdan ona təklif olubb". 

Çalhanoğlu 2021-ci ilin yayında “Milan” ilə müqaviləsini uzatmaqdan imtina edərək azad agent kimi “İnter”ə keçmişdi.

Xatırladaq ki,  Avro-2020-nin qrup mərhələsində iyunun 12-də Finlandiya ilə keçirlən görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail