Rəşad Sadıqov: "Sabah"ın digər rəqiblərlə nisbətdə üstünlüyü var"

10.04.2022 | 16209 dəfə oxunub

"Maraqlı oyunun şahidi olduq. İlk hissə sönük keçdi, lakin ikinci hissə daha sürətli futbolun şahidi olduq. Belə rəqibə qarşı istədiklərini həyata keçirmək çətindir. İki komandada oyuna ehtiyatlı başladı. Ani diqqətsizlikdən qol buraxdıq. Beləcə rəqibə üstünlük verdik. Qoldan sonra oyunu dəyişmək çətin oldu. İkinci hissəyə qolla başladıq, pis getmirdi. Belə səhvlərdən sonra bu rəqibə qarşı qələbə qazanmaq çətindir". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqibdə belə usta oyunçular varsa, qol buraxandan sonra hesabı dəyişmək çətin olur. Komandam xarakter göstərdi. Təhlükəli hücumlarımız oldu. Rəqib də yaxşı müdafiə olundu. Ümumi götürsək, komandamın çıxışından razıyam. Yaxşı oyunlardan birini keçirdik. Belə rəqiblərlə oyunda qələbə istəyirsənsə, hücumda və müdafiədə inamlı olmalısan" - deyə o bildirib.

O, Premyer Liqamızıda bu mövsümün ən yaxşı bombardiri Davit Volkov uzun müddətdir qol vura bilməməsi ilə bağlı deyib: "Ürəksiz oynamır. O, çox yaxşı insandır. Həssasdır. Onunla dəfələrlə danışmışıq. Hiss olunur ki, təkliflərin olması ona psixoloji təsir edib. Bu gün rəqibin bizdən yeganə üstünlüyü əlinə düşən fürsətlərdən istifadə etməsi idi".

R.Sadıqov "Sabah"la  xal fərqinin azalmasına görə komandada təzyiq yaranıb-yaranmadığı ilə bağlı suala cavab olaraq deyib: "Bunu bilirdik. "Sabah"ın digər rəqiblərlə nisbətdə üstünlüyü var. İddiaçılardan olmaq istəyiriksə, sıx qrafikə, təzyiqə öyrəşməliyik. Qəti şəkildə həyəcanlanmamalıyıq. Qış fasiləsindən sonrakı çıxışımıza baxsaq, uğurlu gedirik. Çətin qrafikə düşmüşük. Bu oyunlarda xal itkiləri qaçılmaz idi. Daha çox xal qazana bilərdik. Hər şey sən ehtimal edən kimi olmur. Yolumuza davam edib, önümüzə baxmalıyıq. Qarşıda "Səbail"lə finala bərabər oyun olacaq".

Baş məşqçi hakimlik haqqında danışmaq istəmədiyini söyləyib: "Keşmişdə olanlar heç nəyi dəyişməyəcək. Danışsaq, boş yerə əhvalımızı korlayacağıq. Önümüzə baxmalıyıq. Neqativ şeyləri kənara qoymalı və özümüzü düşünməliyik".

R.Sadıqov Təmkin Xəlilzadənin ilk hissədəki epizodunda "qaydalar Rəşada gələndə dəyişir" deməsi ilə bağlı vurğulayıb: "Əvvəlcə Təmkin itələdi, hakim cərimə verdi. Sonra bizim oyunçumuza eyni müdaxilə oldu, lakin hakim oyunu dayandırmadı. Buna görə demişdim. Bəzən elə epizodlar olur ki, özündən çıxırsan. Danışmağın mənası yoxdur, nəsə dəyişmir. Bəzən səhvlər də çoxalır, daha qəti şəkildə olur. Artıq diqqətimi yayındırmaq istəmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail