Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Pərviz Abdullayev: "Hamı məni "kobra" kimi tanıyır" - MÜSAHİBƏ
14.02.2015 | 8396 dəfə oxunub
Ölkəmizdə günü-gündən inkişaf edən idman növlərindən biri də kikboksinqdir. Stadium.Az xəbər verir ki, bu idman növündə idmançılarımız çıxış etdiyi yarışlardan vətənə daima medallarla dönürlər. Respublikamızın idman şərəfini beynəlxalq arenalarda layiqincə qoruyan kikboksinqçilərimizdən biri də Pərviz Abdullayevdir. İdmançımızla bağlı daha ətraflı məlumat almaq üçün onunla görüşdük. Müsahibimiz bizi maraqlandıran sualları cavablandırdı.
- Kikboksinqdə öz sözünü demiş və deməkdə davam edən idmançılardan biri də sənsən. İstərdik ki, özün haqqında oxucularımıza məlumat verəsən.
- 1986-cı ildə Ağdamda dünyaya göz açmışam. Uşaqlıq illərimdə elə anadan olduğum şəhərdə keçib. 1993-cü ilə qədər doğma yurdumuzda rahat yaşayırdıq. 1993-cü ildə ermənilərin torpaqlarımıza etdiyi təcavüz nəticəsində yurd-yuvamızdan didərgin düşdük. 1993-cü ildə məcburən Bərdəyə gəldik. 1994-cü ildən isə Bakıda yaşayırıq.
- Yeri gəlmişkən, ailədə neçə nəfərsiz?
- Ailədə dörd nəfərdən ibarətik. Atam, anam və qardaşım. Qardaşım Elgiz məndən kiçikdir. O da kikboksinqlə məşğul olub. Elgiz kikboksinq üzrə dəfə Azərbaycan çempionu adına layiq görülüb.
- Hər bir idmançının maraqlı uşaqlıq illəri olur. Həmin illərə nəzər saldıqda sənin yaddaşında hansı izlər qalıb?
- Düzdür, indi kifayət qədər tanınmış idmançı olsam da, uşaqlıq illərimdə çox sakit olmuşam. Sakit olmağıma baxmayaraq, tez-tez dalaşırdım. İdmana marağım hədsiz dərəcədə idi. İstəyirdim ki, məndə məşhur idmançı olum. Məhz həmin arzularım məni idmançı olmağa vadar etdi.
- Bəs idmana gəlişin necə oldu?
- Yadıma gəlir ilk dəfə 1997-ci ildə idmanla məşğul olmağa başladım. Həvəslə məşqlərə qatılır, irəliyə doğru inamla addımlamaq istəyirdim. Çətinliklərlər olsa da, çalışırdım bu maneələri dəf edim və arzuma çatım.
- Səni əzmkar idmançı saymaq olar?
- Bəli. Mən qarşıma qoyduğum məqsədlərə çatmaq üçün daima əziyyətlərə qatlaşmışam. Qarşımda olan baryerləri aşdıqca həyata inamım daha da artır. Bu da məni daha böyük nailiyyətlər qazanmağıma köməklik göstərir. Ümumiyyətlə həyatda mübariz olmayan insan heç nəyə qadir ola bilməz. Hədəfə çatmaq üçün daha çox çalışmalısan. Çəkdiyin əziyyətin bəhrəsini gördükdə, bu adama daha çox şirin gəlir.
- Pərviz, idmançı olmaq istəyini valideyinlərinin necə qarşıladı?
- Əvvəllər ailə üzvlərim idmançı olmağımı istəmirdilər. Evdəkilər zədə almağımdan qorxurdular. Sonralar valideynlərim idmançı olmağıma etiraz etmədilər. Qardaşım isə hər zaman mənə mənəvi dayaq olub.
- İdmana kikbosinqlə başlamısan?
- Xeyr. İlk dəfə Çin döyüş növlərinə aid olan kunq fu ilə başlamışam. Fiziki gücümü artırdıqca bu idman növü üzrə yarışlarda qüvvəmi sınamağa başladım. Bir neçə müddətdən sonra artıq çempion tituluna yiyələnməyə başladım. İlk çempionluğum 16 il bundan əvvələ təsadüf edir.
- Bəs necə oldu kikboksinqlə məşğul olmağa başladın?
- Kikboksinqdə əl ayaq zərbələrindən istifadə olunur. Döyüşərkən ayaqlarımdan, yumruqlarımdan istifadə etdiyim üçün məhz bu idman növünü seçdim. Kikboksinqlə 2003-cü ildən məşğul olmağa başladım. 2 il bu idman növündə qüvvəmi sınadım. Lakin 2005-ci ildə idman uzaqlaşdım.
- İdmandan ayrılmağına səbəb nə oldu?
- Müəyyən qədər çətinliklərim oldu. Çox əziyyət çəkirdim. Bu cür hadisələr məni idmandan ayrılmağıma səbəb oldu. İdmandan ayrılmağıma baxmayaraq, ürəyim idmanla döyünürdü. İnsan çətinliklərlə üzləşəndə məcburən addım atmağa vadar olur.
- Belə deyək, idmanda sənə ikinci nəfəsi kim verdi?
- İdmana yenidən qayıtmağımda emimoğlu Faiqin böyük rolu oldu. O daima mənə böyük dəstək olurdu. Artıq mən yenidən idmanın içində idim. Amma təzə-təzə kikboqsinqlə deyil, uşu sanda ilə məşğul olurdum. Müntəzəm olaraq məşqlərimi edir, gələcəyə inamla baxmağa çalışırdım. 2006-cı ildə kikboksinq üzrə Azərbaycan kubokunda inamla çıxış etdim və finala kimi irəlilədim. Lakin həledici mərhələdə məğlub olaraq gümüş medala layiq görüldüm. Artıq qələbələr əldə etdikcə daha böyük nailiyyətlər qazanmaq istəyirdim. Bir il sonra beynəlxalq yarışda qüvvəmi sınadım. Ukraynanın Yalta şəhərində təşkil olunan klublararası dünya çempionatında dörd döyüş keçirdim və final mərhələsinə yüksəldim. 2007-ci ildə isə uşu sanda üzrə Respublika çempionatında özümü bir daha sübut etdim. Bütün rəqiblərimi məğlub edərək, qızıl medala layiq görüldüm. Həmin dövrlərdə hər iki idman növündə qüvvəmi sınayırdım. Həm uşu sanda, həm də kikboksinqlə keçirilən yarışlarda qalib olmağa çalışırdım.
- İndiyə qədər hansı nailiyyətlərin olub?
- İster peşekarlar, istərsə də həvəskarlar arasında keçirilən yarışlarda nailiyyətlərim çox olub. Kikboksinq üzrə ölkə və beynəlxalq yarışlarda uğurla çıxış etmişəm və qalib adını qazanmışam. Peşəkarlar arasında 4 qat dünya cempionu və dünya kəmərinin sahibiyəm. 2010-cu ildə Pekində ilk dəfə keçirilən Döyüş Növləri Olimpiadasının qalibi, elə həmin ildə Dünya kubokunu qazanmışam. 2010-cu ildə həm də ilin ən yaxşı 10 idmançısından biri oldum. Qəbələdə keçirilən beynəlxalq yarışın qalibi oldum. Bundan başqa bir neçə Avropa və dünya miqyaslı yarışlarda çempion tituluna yiyələndim.
- Yarışlarda bayrağımızı qaldıranda hansı hissləri keçirirsən?
- Qalib gəlib, bayrağımızı dalğalandırmaq böyük bir hissdir. Bunu sözlə ifadə etmək çətindir. Məncə bundan şərəfli bir şey yoxdur.
- Qələbə qazandıqdan sonra ilk sevincini kiminlə bölüşürsən?
- İlk sevincimi hər zaman qardaşımla bölüşürəm. O, yanımda olanda mənə mənəvi dayaq olur. Yanımda olmayanda isə birinci ona zəng vururam. Çünki qardaşım mənim uğurlarıma öz uğuru kimi sevinir.
- Qələbə qazanmağında fiziki hazırlığınla bərabər, psixoloji hazırlığının da rolu varmı?
- Yarışlara təcrübəli məşqçilərimlə birlikdə həm fiziki, həm də mənəvi cəhətdən böyük ustalıqla hazırlaşırıq. Məşqçilərin idmançıların üzərində böyük əməyi var. Bunu danmaq olmaz. Mənim bütün uğurlarımda müəllimlərimin böyük əməyi, zəhməti var. Yarışda isə əsas hazırlıq fiziki hazırlıqdır. Çünki fiziki hazırlıq aylarla vaxt tələb edir. Psixoloji hazırlığa isə az vaxt lazımdır. Yarışqabağı bir neçə günlük psixoloji hazırlıq mənə bəs edir. Rinqə ayaq basan kimi, isə hər şeyi unudur, bütün gücümdən istifadə edərək yalnız qələbə barədə düşünürəm. Danılmaz faktdır ki, idmançılar onlara göstərilən diqqət və qayğıdan böyük güç alırlar. Mən də gördüyüm diqqətdən çox razıyam. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən idmana böyük qayğı göstərilir. Qazandığım nailiyyətlərə görə ölkə rəhbərimiz məni mənzillə təmin edib. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin də mənə olan diqqət və isti münasibətini xüsusi vurğulamaq istəyirəm. Bütün bunlar idmana, idmançıya verilən yüksək diqqətdir.
- Çox maraqlıdır, hamı səni «Kobra Pərviz» kimi tanıyır. Bu adı özün seçmisən?
- Əvvəllər efirdə "D8” layihesi gedirdi. O layihe başlamamışdan əvvəl seçimlər oldu ve döyüşmək üçün 8 nəfər seçildi. Yarışdan əvvəl bizə dedilər ki, iştirak edəcək idmançılar özünə ləqəb seçsinlər. "Kobra” adlı, çox sevdiyim bir film vardı. Silvester Stallonenun filmi idi. Ona göre de "kobra” ləqəbini seçdim. Ele həmin vaxtdan hamı məni «kobra» kimi tanıyır.
- Peşəkar döyüşlərdə yarışdan qabaq idmançılar üz-üzə gəlirlər. Bir çox yarışlarda idmançılar həmin vaxt bir-birilərinə atmacalar atırlar. Bəs sənə necə, atmaca atan idmançılar olubmu?
- Bəli. 2011-ci ildə WAKO PRO dünya kəməri uğrunda döyüşdə belə bir hadisə olmuşdu. Belə ki, həmin yarışda Vitali Sarokovla qarşılaşmalı idim. Mətbuat prosesi zamanı mən güclü olduğumu dedim və qalib gələcəyimi bildirdim. Bu zaman rəqibimin mənim sözlərimdən əsəbləşdi və sözləşdik. O isə cavabında mənə "Baxarıq rinqdə” - dedi. Daha sonra dava düşdü, bizi ayırdılar. Lakin mən rinqdə dediyim sözün üstündə durdum və qalib gəldim.
Həmin idmançı ilə "R1” kəməri uğrunda yenidən üz-üzə gəldik. Həmin döyüşdə yenə güclü olduğumu sübut etdim və özü bunu qeyd etdi ki, sən güclü idmançısan.
- Ən yaddaqalan döyüşün hansı olub?
– Ən yaddaqalan döyüşüm türk idmançısı Aktay Gəmici ilə olan döyüşümdür. Yaddaqalan olmasına səbəb kimi, həm yarışa getdiyimiz zaman təyyarənin qəzaya uğraması, həm də idmançının özündən daha razı olması idi. Aktay Gəmicini bir döyüş ərzində 3 dəfə nokaut etdim. Bundan əlavə onu 1 raund ərzində 3 dəfə nokdaun vəziyyətinə saldım və qalib gəldim.
- Ümumiyyətlə hər bir idmançının çətin bir sınaq yolu olur. Övladınızın bu yolu keçməsini istərdinizmi?
- Əlbbətə, çox istəyərdim. Amma qız övladımın peşəkar idmanla məşğul olmasını istəməzdim. Qız uşağının əzab-əziyyət çəkməsinin tərəfdarı deyiləm. Çünki bu sənət çox çətin sənətdir. Oğlan uşaqları daha dözümlü olurlar. Hər şey Allahın qismətidir. Mən hər yarışdan qabaq Allaha dua edirəm.
- Görür ki, dinlə maraqlanırsan. İbadət edirsənmi?
- Bəli. Çox şükür ki, ibadətimi edirəm. Həm də çalışıram ki, namazlarımı vaxtında qılım. Bu, mənə güc verir. Şəxsi həyatımda, idman karyeramda qazandığım uğurlarım üçün uca Allaha borcluyam.
- İdmanla bərabər, həm də ali təhsil almısınız…
- Bəli. Düzünü deyim ki, dərslərimə həmişə böyük həvəs göstərirdim. Bir çox idmançılar idmana meyl edəndə dərslərini ikinci plana atırlar. Məndə isə belə olmayıb. Müəllimlərim məndən razı idilər. Ən çox tarix fənnini sevirdim. Elə məktəbi bitirəndə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmağımın da səbəbi tarixi çox sevməyim idi. Universiteti də yaxşı qiymətlərlə bitirmişəm. Heç vaxt başqa adamların köməyindən istifadə etməmişəm.
- Hər bir idmançının özünə məxsus xobbisi olur. Bəs sənin xobbin nədir?
- Boş vaxtlarımda dostlarımla futbol oynayıram. Mənim ayaq zərbələrim güclü olduğu üçün topu qapıya yönləndirə bilirəm. Oynadığım zaman fərqlənə bilirəm.
- Bəlkə, kikboksinqdən ayrılıb futbolla məşğul olasan…
- Xeyr (gülür). Kikboksinqi mən heç nəyə dəyişmərəm. Futbol sadəcə mənim xobbimdir.
- Yarışlardan sonra istirahətinə vaxt ayırırsan?
- Təbii ki, yarışlardan sonra istirahətimi edirəm. Tamamilə idmandan uzaqlaşıb istirahətimi edirəm. Çox vaxt istirahətimi ailəmlə, dostlarımla birlikdə edirəm.
- Bəs qarşıda səni hansı yarışlar gözləyir?
- Mart ayının 14-də Rumıniyada təşkil olunacaq Qabala Fight Series yarışı çərçivəsində erməni idmançısı ilə qarşılacam. Hazırlığımı yerli mütəxəssislər – Mehman Umudov və Zaur Məmmədovun rəhbərliyi altında keçirəm. İnşallah, həmin döyüşdə də xalqımı sevindirərəm və Vətənə qələbə ilə dönərəm. (Goal.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |