"Qarabağ" "Linkoln"i keçərsə

19.07.2023 | 5859 dəfə oxunub

Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ" cavab oyununu keçirəcək. Stadium.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Cəbəllütariqin "Linkoln" komandasına qarşı cavab matçı yerli vaxtla saat 20:00-da başlanacaq.

İlk oyun 2:1 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatdığından Azərbaycan çempionunun növbəti mərhələyə yüksəlmək şansı çoxdur.

Mərhələ keçilərsə növbəti turdakı rəqib "Rakuv"la (Polşa) görüş gələn həftə - iyulun 26-da səfərdə keçiriləcək. Oyun Bakı vaxtı ilə sat 22:15-də start götürəcək. Oyunu başda Lukas Fendrix olmaqla İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Matç Çenstohova şəhəri stadionunda təşkil olunacaq. Artıq UEFA oyunun vaxtı və hakimlərini təsdiqləyib.

İkinci mərhələnin cavab matçının tarixi hələlik təsdiqlənməyib. Lakin öncədən elan olunub ki, bu oyunlar 1/2 avqusta təyin edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail