Anar Nəzirov: “Pavel Doroşevlə rəqabət aparmaq çox çətindir”-MÜSAHİBƏ

12.05.2011 | 19183 dəfə oxunub


rnrn

Ölkə çempionatının 27-ci tururn“Qəbələ”nin 25 yaşlı qapıçısı Anar Nəzirov üçün əlamətdar oldu. Belə ki, o,rnbu mövsümdə ilk dəfə “Qəbələ”nin əsas heyətində Premyer Liqa oyunundarnmeydana çıxmaq şansı əldə etdi. Karyerası ərzində “Gəncə”, “Turan”,rn“Standard” və “Neftçi”də oynayan qapıçı son iki turda “Qəbələ”nin qapısınınrntoxunulmazlığını öz üzərinə götürüb. “Qəbələ” –“Simurq” oyununda (3:0) qazanılan qələbədərnpayı olan Anar son 4 turda da qapıda etibarlı dayandı.

rnrn

“Qəbələ FK”ya eksklüziv müsahibərnverən gənc qolkiper komandanın əsas heyətində ilk oyunu, əsas qapıçırnPavel Doroşev və növbəti mövsüm barədə danışıb.

rnrn

 

rnrn

- “Simurq”la oyun sənin üçün əlamətdar oldu...

rnrn

 

rnrn

- Çox sag olsun baş məşqçimiz,rnmənə bu şansı verdi. Çox istəyirdim ki, özümü yaxşı tərəfdən göstərim və onunrnümidlərini doğruldum. Məncə, birinci dəfə üçün pis alınmadı.

rnrn

 

rnrn

- Bu, bir tərəfdən də, rəmzi olsa belə, “quru seriya”nınrnbaşlanğıcı oldu.

rnrn

 

rnrn

- Bəli, belə də demək olar.rnÜmümiyyətlə, birinci oyunda gol buraxmadığıma görə çox xoşbəxtəm. Çünki bu,rnözünəinam hissinin olması baxımından, hər bir qapıçı üçün çox vacibdir.rnÇalışacağam ki, mövsümün axırınadək qapımın toxunulmazlığını qoruyub saxlayım.rnAmma əsas odur ki, “Qəbələ” qələbə qazansın. Şadam ki, çıxdığım ilkrnoyunda bunu görmək mənə nəsib oldu. Bu qələbədə mənim də payım olduğunarngörə çox sevinirəm.

rnrn

 

rnrn

- Yəqin ki, bundan sonra baş məşqçi Toni Adamsın sənə daha çoxrnşans verəcəyini gözləyirsən?

rnrn

 

rnrn

- Əlbəttə. Hər bir oyunçu vaxtınınrnböyük hissəsini meydanda keçirmək istəyir. Amma gərək, bunu baş məşqçi dərnistəsin. Mənim vəzifəm məşqlərdə can yandırmaq və hər an oyuna hazırrnolmaqdır.

rnrn

 

rnrn

- Pavel Doroşevslə rəqabət aparmaq sənin üçün çox çətindir?

rnrn

 

rnrn

- Paşa (Pavel Doroşev-red.) burnmövsümdə çox etibarlı oynadı. 11 matçda qapısını toxunulmaz saxlamağı nəyə desənrndəyər. Təbii ki, belə bir qapıçıyla rəqabət aparmaq çox çətindir.

rnrn

 

rnrn

- Belədirsə, onda onu özün üçün yaxşı təcrübə mənbəyi hesabrnedirsən?

rnrn

 

rnrn

- Bəli. Paşa soyuqqanlı qapıçıdır.rnBu, əlcək sahibləri üçün çox vacib keyfiyyətdir. Onunla birgə məşq etməyin özü,rndeyərdim ki, böyük məktəbdir. Ondan çox şey öyrənirəm.

rnrn

 

rnrn

- 30 nömrə altında meydana çıxırsız. Bu rəqəmin sizin üçün bizim bilmədiyimiz başqa bir mənası da var?

rnrn

 

rnrn

- (Gülür) Heç bir mənası yoxdur.rnSadəcə, 1 nömrəli forma Elnar Kərimovda, 12 isə Paşadadır. Bircə 30 nömrərngalmışdı, onu da mən götürdüm.

rnrn

 

rnrn

- Bu mövsümü komandamız üçün uğursuz saymaq olar?

rnrn

 

rnrn

- Məncə, yox. Təbii ki, ilkrnaltılığa düşə bilməməyimiz mənfi haldı. Lakin yeni qurulan komanda olduğumuza görərnbunu normal qarşılamaq lazımdır. Məşqçilər heyəti də yenidir, futbolçular da.rnBu qədər dəyişiklik komandaya təsirsiz ötüşməyə bilməzdi.

rnrn

 

rnrn

- Növbəti mövsümdən nə gözləyirsən?

rnrn

 

rnrn

- Ən azı, bundan yaxşı nəticə. Burnmövsümdən fərqli olaraq, gələn il güclülərlə bir sırada olmağı və təbii ki,rnkomandamın avrokuboklarda oynamasını istəyirəm. “Qəbələ”nin azarkeşlərirnbunu çox arzulayır.

rnrn

 

rnrn

- Səncə, bunun üçün hansı addımlar atılmalıdır?

rnrn

 

rnrn

- Məncə, heyət gücləndirilməlidir.rnİlk addım artıq atılıb - Mahir Şükürov komandamıza transfer edilib.rnEşitdiyimə görə, bu, hələ son deyil, yeni transferlər də olmalıdır. “Qəbələ”də rəqabətrndaha da güclənərsə, bu, hamı üçün faydalı olacaq.

rnrn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail