Ədalətin bumu, Rəşad?
"Qarabağ" yer aldığı Avropa Liqasının A qrupunda sonuncu səfər görüşündə "Sevilya"ya uduzaraq növbəti mərhələ şansını itirdi. Son çempionun tarixində ilk dəfə qrupdan çıxması üçün münbit şərait yaranmışdı. Axı "Qarabağ"ın püşkdə şansı kifayət qədər yaxşı gətirmiş və qrupun ilk görüşündə autsayder "Dudenlaj" səfərdə əsas rəqib kimi gördüyümüz APOEL-i məğlub etmişdi. Bundan gözəl şans? Amma "Qarabağ" yaranan şansdan istifadə edə bilmədi. Bu yolda APOEL-lə görüşlərdəki səhv(lər) həlledici oldu.
Açığı, səhvlər deyib cəm halına salmaqla bütün komandaya qarşı
haqsızlıq etmiş olarıq. Çünki "Qarabağ" qrupun bütün görüşlərində,
xüsusən də elə APOEL-lə görüşlərdə kifayət qədər yaxşı mübarizə aparmış, hətta
bir neçə oyuna yetəcək qədər qol epizodu yaratmışdı.
Amma bütün bunların fonunda həlledici qarşılaşmalar sayılan APOEL-lə hər iki görüşdə Rəşad Sadıqovun səhvi(ləri) uğursuzluqda müstəsna rol oynamışdı. Bəli, nə qədər təəccüblü səslənsə də, qrup mərhələsinin ən uğursuz bəndi məhz Rəşad Sadıqov idi. Təkcə bizim yox, elə komanda yoldaşlarının da hər zaman meydanda görmək istədiyi, meydandakı varlığı ilə rahatlıq tapdığı Sadıqov bu ilki qrup mərhələsində narahatlıq nöqtəmiz olmuşdu. APOEL-lə Bakıdakı şanssızlıq və səfərdəki bərbad oyun dediklərimə əyani sübutdur.
Əslində, bu haqda çox danışıb, müzakirə aparmışıq. Hansısa söhbətin
"suyunu çıxartmaq" kimi vərdişlərdən də uzaq biriyəm. Ancaq Rəşad
Sadıqovun sonuncu müsahibəsi sanki bardağı bir balaca daşırmış oldu. Məsələyə
yenidən qayıtmağıma səbəb də elə sonuncu
müsahibədir.
İndi isə gələk müsahibədən çıxarışlara:
- "Biz də çalışırdıq ki,
maksimum şəkildə onların hücumlarının qarşısını alaq və fürsət düşəndə irəli
çıxaq. İlk hissəni səhvsiz tamamladıq".
Son cümləyə
diqqət edək! Rəşad Çox düzgün buyurub ki, ilk hissəni səhvsiz tamamladıq. Amma
bir əmması var, niyəsini deməyib. Onu da mən deyim. Çünki APOEL-lə görüşlərdən
fərqli olaraq, meydanda sən yox idin. Qısa və konkret!
- "Futbol odur ki, meydana
çıxıb, son saniyəyə qədər mübarizə aparırsan və nəticə üçün ən yaxşısını etməyə
çalışırsan. Bunu bütün qrup oyunlarında etməyə çalışırdıq"
Cavabın
birinci hissəsi ilə işim yoxdur. Həqiqətən, futbol sona kimi mübarizə
oyunudur. Amma cavabın davamında Rəşad həm də yaxşı söz oyunu oynamağı
bacardığını göstərib. Ay Rəşad, həqiqətənmi ən yaxşısını etməyə çalışdığına əminsən?
İcazənlə, səmimiyyətinə şübhə edim. Çünki belə olsaydı "Sevilya" ilə
görüşlərdəki kimi APOEL-lə oyunlarda da ehtiyatda oturardın. Şəxsən özün Qurban
Qurbanova yaxınlaşıb, Rahilin hazırda daha yaxşı formada olmasını və daha uyğun
variant olmasını israrla deyərdin. Əminəm ki, etməmisən. Etmiş olsaydın
faydasını hamımız görərdik.
- "Həlledici
oyun demək olar ki, Kiprdə baş tutdu. Çoxlu hücumlar təşkil etdik, qol
epizodları yaratdıq. Hesabda irəlidə olsaq da, yenə də hücum edirdik. İkinci
qolu vurmayınca, APOEL iki künc zərbəsindən bizi məyus etdi və qalib gəldi.
Qrupun həlledici matçı idi. Bizə heç-heçə də sərf edirdi".
Müsahibədən çıxarış etdiyim bu hissə isə başdan-başa cəfəngiyatdır.
Ay Rəşad, qrupun vacib görüşü Kiprdə yox, paytaxtımız Bakıda olmuşdu. Komanda
onda da çox yaxşı oynamış və onda da hesabda ilk önə keçən tərəf olmuşdu.
Standart vəziyyətdən yox, məhz elə sənin səhvindən sonra qol buraxmışdıq.
"Qarabağ" Bakıda qələbə qazansaydı, Kiprdəki görüş formala da çevrilə
bilərdi. Olmuya belə cavab verməklə Bakıdakı səhvini "yumağa"
çalışırsan?
-
"İctimai rəylərə hörmətlə yanaşırıq. 2-3 ildir ki, Qurban Qurbanov
oyunların təxirə salınmasını istəmir".
Ay Rəşad, arada ictimai rəylərdə özün haqda
yazılanlara da bax və hörmətlə yanaş. Və ictimai
rəylərdə deyilən “cavanlara daha çox oynamaq şansı verilsin” fikirlərinə əməl
etməkdə dostun və baş məşqçi Qurban Qurbanova tövsiyyə ver. Sənə yaraşanı da
budur. Axı sən hər zaman, hər kəsə nümunə çəkdiyimiz, mübarizənlə fərəhləndiyimiz,
liderliyinə alqış səsləndirdiyimiz Rəşad Sadıqovsan. Belə də qal, qalmağa çalış. Hər kəsi
ayağa verib, özünü düzə çıxarmaq həvəsinin isə başını burax. Həm sənə yaraşmaz,
həm də ictimaiyyətin hər şeyi çox yaxşı görən gözləri var.
And ola Seyid Lazım Ağanın cədinə, qəti narahat olma.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |