Fariz Nəcəfov: "Transferlərdə son sözü baş məşqçi deyəcək"
"Qəbələ" yeni baş məşqçisi Roman Qriqorçuku ictimaiyyətə təqdim edib. Stadium.Az xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə klubun vitse-prezidenti Fariz Nəcəfov açıb:
"Hamınızı salamlayıram. Təəssüf ki, jurnalistlərlə tez-tez məhz məşqçi dəyişdiyinə görə görüşürük. Roman Qriqorçukla biz yayda danışırdıq, amma alınmadı. İndi gələsi oldu. İnanıram ki, qazanacağımız uğurların fonunda onunla işimiz uzunmüddətli olacaq".
Qriqorçuku seçmələrinin səbəbini izah edən Nəcəfov mütəxəssisin qarşısına qoyulan hədəfləri də açıqlayıb: "Biz Romanı ona görə seçdik ki, mentalitetə bələddi. Keçmiş klublarda aşağı komandalardan əsas heyətə futbolçular cəlb edib. Həm də işlədiyi yerlərdə uğur qaanıb. Məşqçinin qarşısına ancaq uğur qazanmaq məqsədi qoyulub. Ən aşağısı, avrokuboklara vəsiqə qazanmalıdı. Bunun üçün komandada potensial var".
Klub rəsmisi "niyə ancaq əcnəbi məşqçilərə üstünlük verirsiz" sualına isə belə cavab verib: "Bütün yerli məşqçilərimizə hörmətimiz var. Bizdə bütün seçimləri klub prezidenti edir. Bunu klub prezidentindən soruşsaz, daha yaxşı olar. Amma nəzərə alaq ki, klubun 9 illik tarixinin 4-5 ilində yerli məşqçilər işləyib".
Nəcəfov bir müddət öncə müsahibəsində bundan sonra bütün transferləri klub rəhbərliyinin edəcəyini söyləmişdi. Vitse-prezident həmin məsələyə də toxunub: "Adams gələndə klub prezidenti bu işi baş məşqçiyə həvalə etdi. Daha sonra Syomin gəldi. Transferləri uğurlu alındı. Ancaq Muntyanunun transferləri yaxşı çıxmadı. Bu da baş məşqçiyə sonsuz inamdan irəli gəlirdi. İndi də transferlərdə son sözü baş məşqçi deyəcək".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |