Nikolay Adam: "Bu cür oyunla onların milli formanı geyinməyə haqqı çatmır"
“Futbolda 0:6, 0:10 və hətta daha böyük hesabla uduzmaq mümkündür, belə hallar olur. Amma necə məğlub olmaq da əhəmiyyətlidir. Oyun nə qədər alınmasa belə, gərək mübarizədən qopmayasan, məğlubiyyətlə barışmayasan. Təəssüf ki, bu gün komandada istədiyim mübarizliyi görmədim".
Stadium.Az xəbər verir ki, bu sözləri İrlandiyada təşkil olunmuş təlim-məşq toplanışında bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 0:6 hesablı məğlubiyyəti ilə başa çatan yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam deyib. Almaniyalı mütəxəssis affa.az saytına açıqlamasında futbolçularını sərt tənqid edib:
"Uşaqlar, demək olar ki, bütün təkbətək epizodlarda rəqibə uduzurdu. Belə halla ilk dəfə rastlaşmırıq. Avropa çempiuonatının ilkin seçmə mərhələsi ərəfəsində də Makedoniya yığmasına əzmkarlıq göstərmədən 0:2 hesabı ilə uduzduq. Amma komanda bundan dərs çıxarıb elit-raunda yüksəldi. Əlbəttə, hadisələrin eyni ssenari üzrə təkrarlanacağını deyə bilmərəm. Bu cür oyunla heç bir futbolçunun yığma komandanın formasını geyinməyə haqqı çatmır. Məşqçilər korpusu, xüsusilə mən çox məyusuq, çünki komanda ilə bağlı birbaşa məsuliyyəti, cavabdehliyi mən daşıyıram. Ən çoxu da, komandanın ruhdan düşməsi məni təəssüfləndirir".
Adam bu cür davam edəcəyi təqdirdə Fransadakı elit-raund mərhələsində işlərinin çox çətin olacağını vurğulayıb: "İrlandiya yığmasına hörmətlə yanaşıram, amma bu komanda bir neçə gün əvvəl iki dəfə qarşılaşdığımız Finlandiya, seçmə mərhələdə oynadığımız Sloveniya yığmasından güclü deyil. Bu hesabın qeydə alınmasının əsas səbəbi futbolçularımızın bu gün xarakter göstərməməsi oldu. Niyə belə olduğunu anlaya bilmirəm, bu, mənim üçün inanılmazdır. Belə oynasaq, Fransada keçiriləcək elit-raund mərhələsində işimiz çox çətin olacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |