"Bakı-2015": Avropa Oyunları Xorvatiyada

27.05.2015 | 3470 dəfə oxunub

Bu gün "Bakı-2015" Avropa Oyunları Xorvatiyada açılış mərasiminin işıqlandırılması haqqında yayım sövdələşməsi imzalayıb.

Stadium.Az xəbər verir ki, 12-28 iyun tarixlərində baş tutacaq "Bakı-2015" yarışları 2011-ci ildə Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən, ilk TV kanalı olan və pulsuz yayımlanan Sportska Televizija (SPTV) kanalında hər gün 10 saat ərzində yayımlanacaq. 

SPTV kanalı həm də Açılış və Bağlanış mərasimlərini nümayiş etdirəcək. Habelə Xorvatiya idmançılarının iştirakının təşviqat səciyyəli materiallar vasitəsilə geniş surətdə işıqlandırılmasını təmin edəcək.

"Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: "Bakı-2015" Avropa Oyunları Avropa idmanı üçün həddindən çox vacibdir və buna görə də biz bütün qitə və dünya tamaşaçılarının yarışları izləyə bilməsini təmin etmək üçün bu qədər ciddi-cəhdlə işləmişik. SPTV kanalı ilə bağlanmış bu saziş sayəsində Xorvatiya auditoriyası öz idmançılarını dəstəkləməklə, Oyunlarda qiyabi olaraq iştirak edə biləcəklər".

SPTV kanalının Baş redaktoru cənab Yura Ozmek əlavə edib: "Avropa Oyunları SPTV kanalına mükəmməl dərəcədə uyğun gəlir. Bakıda 20 idman növü üzrə yarışlar keçirilir və onların əksəriyyəti Xorvatiya tamaşaçılarının böyük marağına səbəb olur. Xorvatiya həmin idman növlərinin 18 növü üzrə təmsil olunacaq və biz ümidvarıq ki, o, bütün bu idman növləri üzrə medala iddia edən ölkələr arasında olacaq. Biz Xorvatiyaya bu idman bayramını bəxş etməkdə tamamilə qətiyyətliyik və 12 iyunda baş tutacaq Açılış mərasimini səbirsizliklə gözləyirik. BAOƏK ilə tərəfdaşlıq etməkdən məmnun qaldıq və bir yerdə Avropa və Xorvatiya idmanında yeni bir səhifə açacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail