"Bakı 2015"in ulduz elçiləri mükafatlandırıldı

01.07.2015 | 4969 dəfə oxunub

I Avropa Oyunlarının ulduz elçilərinin mükafatlandırma mərasimi keçirilib.

Stadium.az xəbər verir ki, təltifetmə mərasimində çıxış edən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ulduz elçilərə təşkkür edib və gərgin iş cədvəlində “Bakı 2015”ə vaxt ayırdıqları üçün onlara minnətdarlığını bildirib. 

“Siz öz üzərinizə düşən öhdəlikləri layiqincə yerinə yetirdiniz. Alovun Atəşgah məbədindən başlayan Azərbaycan gəzintisində ulduz elçilərin böyük rolu olub. Onların fəaliyyəti nəticəsində Alovun səyahəti daha çox insan tərəfindən izlənilib. Sonda hər birinizə I Avropa Oyunlarına verdiyini tövhəyə görə təşkkür edirəm”, -deyə Saymon Kleq söyləyib.

S.Kleq Azərbaycan yaşadığı iki il ərzində müşahidə etdiyi maraqlı bir məsələni diqqətə çatdırıb: “İki ildir ki, Azərbaycandayam. Bir şeyi müşahidə etmişəm. Azərbaycanlılar qonaqlıqlara gec gəlir, amma gələndən sonra onların qarşısını almaq olmur”. 

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov da ulduz elçilərə təşəkkür edib. O bildirib ki, məhz bu elçilərin seçilməsi Azərbaycan vətəndaşlarının istəyi ilə, səsvermə ilə olub. Ulduz elçilərinin çəkdiyi əziyyət əbəs olmadı. 

I Avropa Oyunlarının ulduz səfirlərindən Azər Qərib, Nuran Hacıyev, İlkin Həsənli, Nigar Camal, Tünzalə Ağayeva, Miri Yusif, DJ Şok, Tahir İmanov, Cabir İmanov Oyunlar zamanı fəaliyyətlərinə görə mükafata layiq görülüb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail