Flavinyo rəsmən "Neftçi"dən getdi

14.07.2015 | 2989 dəfə oxunub

"Neftçi"dən daha bir futbolçu gedib. Stadium.az xəbər verir ki, bakılılar braziliyalı yarımmüdafiəçi Flavinyoyla yollarını ayırıb. Bu barədə klubun saytında bunlar yer alıb:

"Neftçi" PFK braziliyalı yarımmüdafiəçi Flavinyo ilə yollarını ayırıb. 1983-cü il iyul ayının 27-də Braziliyada doğulmuş Flavio Aleks Valensio peşəkar futbol karyerasına elə vətənində başlayıb. 2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo komandamızın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub. Komandamızın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib. 32 yaşlı futbolçu "Neftçi"dən ayrılması ilə bağlı klubun rəsmi saytına açıqlama verib:

 
"Neftçi"yə 2010-cu ildə gəlmişdim. Qısa zamanda bu şəhərə və komandaya uyğunlaşdım. Sevinirəm ki, burada oyunum uğurlu alındı. "Neftçi" ilə çempionluq qazandım. Avropada oynamaq şansı əldə etdim. Bu illər ərzində komandamızın uğuru üçün əlimdən gələni etdim. Bəzən zədələr istədiyim kimi oynamağa imkan vermirdi. Ötən mövsümün sonunda aldığım zədədən sonra 3 aya yaxın futbol oynamadım. Bu müddət ərzində bir neçə vacib qarşılaşmada komandama kömək edə bilmədim. "Neftçi"dən ayrılmağımla bağlı klub rəhbərliyi ilə görüşüm oldu. Qarşılıqlı şəkildə razılaşdıq və dostcasına ayrıldıq. Təəssüflənmirəm, çünki "Neftçi" mənim karyeramın zirvəsi idi. İndi "Neftçi"nin əsası gənc futbolçulardan ibarətdir. Heyətdə çoxlu sayda yeni və böyük potensiala malik gənc futbolçu var. Bu, Azərbaycan futbolunun inkişafı üçün də çox önəmlidir. Gənclərə vaxt və şans vermək lazımdır ki, təcrübə qazansınlar. Burada hər kəslə sıx dostluq münasibətlərim var. Bütün Azərbaycan xalqına, burada qonaq olduğum müddətdə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Futbol sahəsində çalışan media nümayəndələrinə, ən əsası da azarkeşlərimizə minnətdaram. İnanıram ki, fanatlarımız sona kimi "Neftçi"mizi dəstəkləyəcəklər. "Neftçi" Azərbaycan futbolunun Flaqmanıdır və bu hər zaman belə olacaq".
 
"Neftçi" PFK Flavinyoya gələcək karyerasında uğurlar arzulayır!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.07.2018

16:51  "Qarabağ"la qarşılaşmağımıza hələ də inanmırıq" - "Kukesi"nin baş məşqçisi

19.07.2018

18.07.2018

20:14  “Qarabağ” - “Olimpiya” - HEYƏTLƏR

17.07.2018

16.07.2018

   
  O Q H M T-f X
1. Qarabağ 27 19 5 3 36:13 62  
2. Qəbələ 27 14 7 6 43:25 49  
3. Neftçi 27 13 4 10 37-27 43  
4. Zirə 27 11 8 8 34-29 41  
5. Sumqayıt 27 11 7 9 33:31 40  
6. Keşlə 27 7 7 13 28:39 28  
7. Səbail 27 6 5 16 19-38 23  
8. Kəpəz 27 3 5 19 17-45 14  
14.02Neftçi ---Qarabağ
14.02Zirə ---Səbail
14.02Sumqayıt ---Kəpəz
13.02Keşlə 1-1Qəbələ
01.04Kəpəz -Zirə
01.04Qarabağ -Keşlə
02.04Qəbələ -Sumqayıt
02.04Neftçi -Səbail