UEFA-dan "Neftçi"nin iki futbolçusuna ağır cəza

16.07.2015 | 2321 dəfə oxunub

UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Mladost” – “Neftçi” oyunu barədə qərar qəbul edib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu paytaxt klubunun iki oyunçusuna ciddi cəza tətbiq edib. İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişədə iştiraka görə müdafiəçi Aylton Fereyra və qapıçı Maksim Vaylo cəzalandırılıb. Hər iki futbolçu 3 oyunluq diskvalifikasiyaya məruz qalıb. 

“Neftçi” Monteneqro klubu ilə hər iki oyunda (2:2, 1:1) bərabərə qalmışdı. Səfərdə daha çox qol vurduğu üçün “Mladost” mərhələni adlamışdı.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.03.2017

18:51  "Neftçi" - "Qarabağ" - HEYƏTLƏR

16:13  "İnter" - "Qəbələ" - HEYƏTLƏR

03:33  Messi: "Havaya söydüm" VİDEO

29.03.2017

10:35  Peru – Uruqvay – 2:1 VİDEO

28.03.2017

22:59  Rusiya – Belçika 3:3 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 22 15 3 4 37:11 48  
2. Qəbələ 23 13 8 2 42:13 47  
3. İnter 23 10 9 4 33:23 39  
4. Zirə 22 8 5 9 20-23 29  
5. Neftçi 23 8 2 13 19-36 26  
6. Sumqayıt 23 6 7 10 20:30 25  
7. Kəpəz 23 5 9 9 16-24 24  
8. AZAL 23 1 7 15 10-37 10  
14.03Qarabağ 1-0AZAL
14.03Neftçi 1-0Qəbələ
13.03Kəpəz 1-0Zirə
13.03İnter 1-0Sumqayıt
01.01 -
01.01 -
29.10AZAL -Qarabağ
29.10Qəbələ -Neftçi