Qurban Qurbanov: "Bu barədə çox danışmağa ehtiyac yoxdu"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Seltik"lə oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Stadium.az Qurbanovun müsahibəsini təqdim edir:
- Güclü bir komandaya qarşı vacib oyuna çıxacağıq. Bu dəfə tam komplektləşmiş komandaya qarşı oynayacağıq. “Seltik” xüsusən də, cinah keçidləri ilə seçilən komandadı. Bizim üçün nə dərəcədə əhəmiyyətli oyun olduğunu bilirik. Düzdü, 1 top geridən başlayacağıq. Amma bu vəziyyəti dəyişmək olar. Azarkeşlərdən xahiş edirəm ki, bizi sona qədər dəstəkləsinlər. Biz də nə qədər bacarığımız varsa, çalışacağıq meydançada göstərək.
- Qazonun durumu sizin oyununuza nə dərəcədə təsir edə bilər?
- Bu barədə çox danışmağa ehtiyac yoxdu. Hər şey göz qabağındadı. Bizim işimiz çıxıb əlimizdən gələni etməkdi. Ola bilər ki, qazonun durumu sürətli oyuna mane olsun. Ammma çalışacağıq əlimizə düşən imkanlardan maksimum yararlanaq.
- Amma siz yaradıcı futbol göstərirsiz. Hazırkı meydança isə sizin belə çıxışınıza mane olacaq. Sabah hansısa taktiki dəyişiklik olacaq?
- Başqa çıxış yolumuz yoxdu. Çalışacağıq tələbləri yerinə yetirək. Ola bilsin hücumlarımızda hansısa dəyişiklik olsun. Amma yenə də çalışacağıq ən yaxşı oyunumuzu göstərək.
- İlk qolu vursanız, müdafiəyə çəkiləcəksiniz?
- İnşallah, ilk qolu vuraq, sonrasını fikirləşərik. Amma daha vacibi qol buraxmamaqdı. Təkcə fikrimiz qol vurmaqda olmamalıdı. Eyni zamanda sona qədər qapımızın da qeydinə qalmalıyıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |